Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İmamverdi Xankişi oğlu Əbilov (19 dekabr 1927, Züd-Ost Qoltuq, Neftçala rayonu – 9 aprel 2016, Neftçala rayonu) — azərbaycanlı ədəbiyyatşünas-alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
İmamverdi Əbilov | |
---|---|
İmamverdi Xankişi oğlu Əbilov | |
Doğum tarixi | |
Doğum yeri | Züd-Ost Qoltuq, Cavad qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | [1] (88 yaşında) |
Vəfat yeri | Neftçala rayonu, Azərbaycan |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | |
Elmi dərəcələri | filologiya elmləri doktoru, professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
Mükafatları |
İmamverdi Xankişi oğlu Əbilov 1927-ci ildə Neftçala rayonunun Züd-Ost Qoltuq[1]] kəndində anadan olmuşdur. Buzovna pedaqoji məktəbini, ADU-nun filologiya fakültəsini bitirmişdir.
Əmək fəaliyyətinə balıq vətəgələlərində başlamış, 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışmışdır.
1953-cü ildən Neftçala şəhər 1 saylı orta məktəbinin ədəbiyyat müəllimi olub.
Azərbaycan yazıçılarının 8-ci qurultayında təftiş komissiyasının, 9-cu qurultayında isə idarə heyətinin üzvü seçilmişdir. Azərbaycan müəllimlərinin ilk qurultayından (1946) başlayaraq bütün qurultaylarında nümayəndə olmuşdur. Bilik Cəmiyyətinin Azərbaycanda ilk üzvlərindən olmuş, cəmiyyətin 1964-cü ildə keçirilən 3-cü, 1968-ci ildə isə 4-cü qurultayında nümayəndə seçilmiş, çıxış etmişdir. 1988-ci ildə Moskvada keçirilən Ümumittifaq təhsil işçilərinin qurultayında, 1989-cu ildə isə Pedaqoji Cəmiyyətlərin 1-ci qurultayında (Moskva) nümayəndə olmuşdur. Azərbaycan Ağsaqqallarının 1-ci təsis və sonrakı qurultaylarında və Türk Yazarlarının 3-cü qurultayında (1996) nümayəndə olmuşdur.
Moskvada, Tehranda, Təbrizdə, Bağdadda, Zaqafqaziya Respublikalarının paytaxtlarında keçirilən elmi simpozium və konfranslarda məruzələrlə çıxış etmişdir. Yeni dərsliklər yaradılması üzrə respublika komissiyasının üzvü olmuşdur. 800-dən artıq məqaləsi dərc olunmuşdur. Filologiya elmləri doktorudur. "Rəsul Rza" (1960), "Azərbaycan ədəbiyyatında yeni insan", "Siyasi lirikanın tədrisi", "Tvorçeskiy put Rasul Rzı", "Könül dünyamıza səyahət", "Xatirələr işığında", "Uzaq keçmişimizdən uzaq gələcəyə", "Şəhidlər mehrabı. Rəhmət duası", "Ömrün anları", "Əsrlər… nəsillər… əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013), "Ömrün və elmin romantikası" (2015) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunmuşdur.
2000-ci ildə Əməkdar müəllim[2] fəxri adına layiq görülmüşdür. "Qabaqcıl Maarif Xadimi"dir (1960). SSRİ maarif əlaçısı olmuşdur. Krupskaya adına Ümumittifaq Pedaqoji mükafatı laureatı adına layiq görülmüşdür. "S. Vurğun" xatirə diplomunun, "Araz" ali ədəbi mükafatının, "Akademik Mehdi Mehdizadə" Ali pedaqoji mükafatının, "Rəsul Rza" və "Xudu Məmmədov" Beynəlxalq ədəbi mükafatlarının laureatıdır. Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyasının həqiqi üzvüdür. Milli Elmlər Akademiyası rəyasət heyətinin müxtəlif vaxtlarda Neftçalada və Salyanda keçirdiyi elmi-nəzəri konfranslar İmamverdi Əbilovun təşəbbüsü və yaxından iştirakı ilə keçirilmişdir.
Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Qabil, Zəlimxan Yaqub və b. İmamverdi Əbilova şeirlər həsr ediblər. Akademik Bəkir Nəbiyev İ. Əbilov barədə "El ağsaqqalı, elm fədaisi — İmamverdi Əbilov" (2007) [3] kitabını yazmışdır.
Neftçala rayon Ağsaqqallar Şurasının sədri, Prezidentin fərdi təqaüdçüsü (2007) idi. Haqqında sənədli filmlər çəkilib.
İmamverdi Əbilovun 80 illik yubileyi görkəmli elm, ədəbiyyat və dövlət xadimlərinin iştirakı ilə 2007-ci ildə doğma yurdunda qeyd olunmuşdur.
9 aprel 2016-cı ildə ömrünün 89-cu ilində vəfat etmişdir.