İman Cəfərli

İman Zeynalabdın oğlu Cəfərovun (1963, Qaraçuq, Naxçıvan rayonu) - Filologiya üzrə fəlsəfə doktoru, dosent[1], Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi[2] [3]

İman Cəfərli
İman Zeynalabdın oğlu Cəfərov
Doğum tarixi 1963
Doğum yeri
Elm sahəsi filologiya
Elmi dərəcəsi filologiya üzrə fəlsəfə doktoru
Elmi adı dosent
İş yeri
Təhsili
Elmi rəhbəri İsa Həbibbəyli
Mükafatları Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi

İman Cəfərov 1963-cü ildə Naxçıvan MR Naxçıvan rayonunun Qaraçuq kəndində anadan olub.

1970-1980-ci illərdə Qaraçuq kənd orta məktəbində təhsil alan İman Cəfərov 1981-ci ildə Y.Məmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunun (indiki Naxçıvan Dövlət Universiteti) “Azərbaycan dili və ədəbiyyat müəllimi” ixtisasına qəbul olunmuş, dörd il bu ali məktəbdə Muxtar Respublikanın görkəmli alimlərindən biliklər almışdır. 1985-ci ildə görkəmli alim İsa Həbibbəylinin elmi rəhbərliyi ilə “Cəlil MəmmədquluzadəninDanabaş kəndinin əhvalatları” əsərinin ideya-bədii xüsusiyyətləri” mövzusunda diplom işi müdafiə edən İ.Z.Cəfərov ali məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. Prinsipcə qeyd edilən diplom işinin müdafiəsi İ.Z.Cəfərovun həyatında əsaslı dönüş mərhələsini təşkil etmişdir. Həmin diplom işinə ustad-müəllim İsa Həbibbəylinin əlyazma rəyindəki aşağıdakı cümlələr tələbənin həyat yolunu tamamilə dəyişmişdir: “Diplom işi müvəffəqiyyətlidir. Orijinal müşahidə və mülahizələrin nəticəsidir. Böyük elmə gedən yollarda iradə, təmkin, coşğun həvəs arzulayıram.”

Pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1985-1990-cı illərdə Babək rayonunun Payız kənd orta məktəbində ixtisası üzrə müəllim vəzifəsində çalışan İman Cəfərov əsl xalqçı müəllim ömrünü təkrarlamışdır. O, ucqar dağ kəndinin məktəbində radio qovuşağı təşkil etmiş, müəllim yoldaşların və şagirdlərin köməyi ilə böyük tənəffüslərdə radio-dərslər yaratmış, məktəbdə Məhəmmədhüseyn Şəhriyarla, Məmməd Arazla, Şah İsmayıl Xətai ilə bağlı elmi konfransların keçirilməsinə nail olmuşdur.

1990-cı ilin sentyabr-oktyabr aylarında qısa bir müddətdə Babək rayonunun Nehrəm kənd orta məktəbində müəllim vəzifəsində işləyən İman Cəfərov həmin ilin noyabr ayından Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. O, bu ali məktəbdə əvvəlcə dispetçer vəzifəsini icra etmiş, daha sonra “Azərbaycan ədəbiyyatı” kafedrasında baş laborant, kabinə müdiri, müəllim, baş müəllim vəzifələrində çalışmışdır. Eyni zamanda ictimai əsaslarla universitet Tələbə Elmi Cəmiyyətinin məsul katibi, aspirantura şöbəsinin müdiri vəzifələrini yerinə yetirən İman Cəfərov 1991-cı ildən 2017-ci ilə qədər universitet Elmi Şurasının üzvü olmuşdur.

Naxçıvan Dövlət Universitetində İman Cəfərovun adı daim təhsilin təşkilatçıları sırasında olmuşdur. 2002-ci ildə universitetdə “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası yaradılarkən o, bu kafedranın ilk müdiri vəzifəsinə seçilmiş, kafedranın təşkilində var qüvvəsi ilə çalışmışdır. İman Cəfərov “Jurnalistika və dünya ədəbiyyatı” kafedrası yanında “Ernest Heminquey mərkəzi”nin yaradılmasında da yaxından iştirak etmişdir. Naxçıvan Dövlət Universiteti haqqında ilk videoçarxın çəkilişində də onun xüsusi əməyi olmuşdur.

2006-ci ildən Naxçıvan Dövlət Universiteti Tarix-filologiya fakültəsinin dekanı vəzifəsinə seçilən İman Cəfərov 2009-cu ildə yüksək bir fəxri ada – Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adına layiq görülmüşdür.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İman Cəfərovun tərcümeyi-halında elmi-pedaqoji fəaliyyətlə təşkilatçılıq paralel şəkildə yer tutmuşdur. 1991-ci ildə universitetin aspirantura şöbəsində ilk 4 dissertantdan biri kimi təsdiq olunan İman Cəfərov 8 il ərzində ədəbiyyatşünaslıq üçün tamamilə yeni bir mövzuda - “Azərbaycan ədəbiyyatında səyahətnamə” mövzusunda dissertasiya yazmış, 1999-cu ildə bu əsəri müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Gənc tədqiqatçının bu dissertasiyası 2001-ci ildə “Elm” nəşriyyatı tərəfindən eyni adla nəşr olunmuşdur.

İman Cəfərov 2001-ci ildən Azərbaycan ədəbiyatşünaslığı üçün yeni olan daha bir mövzuda doktorluq dissertasiya üzərində çalışmaqdadır. “Molla Nəsrəddin” jurnalı və dünya ədəbiyyatı” mövzusunda dissertasiyasını tamamlamaq ərəfəsində olan İman Cəfərov 2005-ci ildə daha bir kitab – “Molla Nəsrəddin”də jurnalistika sənətkarlığı məsələləri” adlı metodik vəsait nəşr etdirmişdir.

“Molla Nəsrəddin” jurnalı və dünya ədəbiyyatı” mövzusu ilə bağlı 40-dan çox elmi məqalənin müəllifi olan İman Cəfərov eyni problemlə əlaqəli bir sıra beynəlxalq səviyyəli konfranslarda, o cümlədən 13-14 fevral 2010-cu il tarixdə Türkiyə Respublikasının Ərdəhan şəhərində keçirilən “Azatlığın sesi: Baxtiyar Vahabzade” beynəlxalq simpoziumunda “Bahtiyar Vahapzadenin yaradıcılığında “Molla Nəsrəddin” edebi ekolun gelenekleri” mövzusunda, 8-9 dekabr 2012-ci il tarixdə Berlin şəhərində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Mirzə Ələkbər Sabir-150” konfransında “Mirzə Ələkbər Sabir yaradıcılığında Qərb-Şərq ədəbi formalarının kontaminasiyası” mövzusunda məruzə söyləmiş, fikir mübadiləsinə şərait yaratmışdır. 2003-cü ildən Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən FD.02.121 Dissertasiya Şurasının elmi katibi vəzifəsini icra edən İman Cəfərov hazırda “Jurnalistika və dünya ədəbiyyatı” kafedrasının dosentidir.

  1. Azərbaycan ədəbiyyatında səyahətnamə. Bakı: Elm, 2001
  2. “Molla Nəsrəddin”də jurnalistika sənətkarlığı məsələləri. Naxçıvan : Qeyrət, 2005
  1. Dünyadan keçən yollar // Məmməd Araz-60 (Millilik və bəşərilik). Bakı: Azərbaycan Dövlət Nəşriyyatı: 1993, s. 25-26
  2. Poetik səyahətnamələr //”Qardaş ədəbiyyatlar” jurnalı. Ərzurum (Türkiyə): 1993, №25, s. 26
  3. Azərbaycan ədəbiyyatında satirik səyahətnamələr / Gəns alimlərin və aspirantların Respublika konfransının tezisləri (humanitar və ictimai elmlər), II hissə, Bakı: Azər¬baycan Texniki Universiteti nəşri, 1996, s.76-77
  4. Ümumtəhsi məktəblərində vətənpərvərlik hissinin formalaşmasında səyahətnamələrin rolu /”Ümumtəhsil məktəblərinin aktual problemləri” mövzusunda Respublika ali məktəblərarası elmi-praktik konfransının tezisləri. Bakı: ADPU mətbəəsi, s. 58
  5. “İskəndərnamə”də zülmətə səfər / Ali pedaqoji məktəblərdə humanitar və ictimai elmlərin tədqiqi və tədrisinə dair II Respublika elmi konfransının materialları. Bakı: ADPU mətbəəsi, 1999, s. 77
  6. Koroğlunun Naxçıvan səfərinin nəticələri / “Boluda xalq kulturu və Koroğlu uluslararası simpoziumu”nun materialları. Bolu (Türkiyə): 1998, s. 246-247
  7. “Kitabi-Dədə Qorqud” da səfərnamə əlamətləri, yaxud səfər həyatına münasibət // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. 1998, № 2, s. 64-66
  8. Bakıxanovun ilk povest-səyahətnaməsi // Ali Diplomatiya Kolleci Naxçıvan Bölməsinin məqalələr məcmuəsi (Dil, ədəbiyyat, mədəniyyət seriyası), Bakı: “Diplomat” nəşriyyatı, 1998, s. 51-54
  9. “Gəmiqaya”-duyğuların əks sədası // Fikir. Naxçıvan Dövlət Universitetinin Xəbərləri. 1999, № 3, s. 26
  10. Ümumtəhsil məktəblərində bədii səyahətnamələrin tədrisinin bəzi məsələləri // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2000, № 6, s. 40-41
  11. Cəlil Məmmədquluzadənin yaradıcılığında milli münaqişə və azərbaycanlı¬ların soyqırımı məsələsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri (xüsusi buraxılış). Deportasiya və Naxçıvan. Naxçıvan: Qeyrət, 2001, № 8, s. 74-75
  12. Çağdaş Azərbaycan məktəbində ana dilinə məhəbbət hissinin formalaşdırılması və “Molla Nəsrəddin” jurnalı // Azərbaycan Respublikası Təhsil Nazirliyi. Naxçıvan Özəl Universiteti. “Müasir dövrdə milli tərbiyə sisteminin aktual problemləri” adlı elmi konfransın materialları. Bakı: Nurlan, 2001, s. 27-28
  13. “Molla Nəsrəddin” jurnalında Sədi Şirazi irsinə münasibət // Konteks. Azərbaycan-Avropa ədəbi-mədəni əlaqələr mər¬kə¬zi. Toplu-3. Bakı: Elm, 2001, s. 63-67
  14. “Molla Nəsrəddin” jurnalı və yaxın Türk-Şərq mətbuatı // Naxçıvan Dövlət Universıtetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2002, № 9, s. 84-86
  15. “Tac günəşim”, yaxud Mətanət Hüseynxanqızının Vətən nəğmələri // Mətanət Hüseynxan qızı. Tac günəşim. Naxçıvan: 2002, s. 3-7
  16. Heydər Əliyev adına yazılmış “Azərbaycannamə” // Mirkazım Seyidov. İnamla, İlhamla sabaha doğru. Bakı: Adiloğlu, 2003, s.13-17
  17. “Molla Nasreddin” dergisi ve Türkiye // Kaynak. Tarih, kültür, ədəbiyyat ve sanat dergisi. Sofya: 2003, s.18-19
  18. “Molla Nasreddin” dergisində Türkiye meselesi // Doğu-Batı bağlamında Türk dili və türk Kültürü. Şumen, 2004, s.459-463
  19. Şairin Şərq-Qərb səyahətnaməsi // Vaqif Məmmədov. Arazdan keçə bildim. Oçerklər. Bakı: 2004, s. 3-6
  20. Mollanəsrəddinçi nasir və şairlərin Avropa mövzusuna müraciətinin tarixi-sosial şərtləri // Naxçıvan Dövlət Uni¬ver¬si¬te¬tinin Elmi Əsərləri. Naxçıvan: 2004, №13 , s. 27-30
  21. Mirzə Cəlil irsi Pakistanda // Naxçıvan Dövlət Universi¬tetinin Xəbərləri. Naxçıvan: Qeyrət, 2005, № 16, s. 18-19
  22. Cəlil Məmmədquluzadə və Sokrat // Naxçıvan Dövlət Universitetinin Xəbərləri. Naxçıvan: Qeyrət, 2005, № 17, s. 66-68
  23. “Molla Nəsrəddin”də Şərq şeirinə parodiya // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2007, №1 (21), s. 101-105
  24. Cəlil Məmmədquluzadə yaradıcılığında Şərq şeiri şəkilləri // Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 2007, № 2 (56), s. 144-146
  25. Elmin və yüksək ixtisaslı mütəxəssis hazırlığının inkişafında Dissertasiya Şurasının rolu // Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Naxçıvan, 2007, № 15, s. 42-49
  26. Real tarix, tarixi roman və elmi həqiqət // Şərəfli ömür. Yavuz Axundlu 80. Bakı: Adiloğlu, 2007, s. 325-330
  27. “Molla Nəsrəddin” jurnalı və Naxçıvan ədəbi mühiti / Naxçıvan Muxtar Respubli¬kasının yaranması: Tarix və müasirlik (8 fevral 2007-ci ildə keçirilmiş elmi praktik konfransın materialları). Naxçıvan, 2007, s. 194- 202
  28. Azərbaycan jurnalisti: dünən, bu gün, sabah // Naxçıvan Mətbuat Şurası. Jurnalist. Naxçıvan: 2007, s. 45-60
  29. Vətən və hürriyyət arzuları // Azərbaycan. Bakı: 2008, № 9, s. 174-180
  30. Ön söz // Səhlab. Qönçənin nağılı. Naxçıvan: Qızıl dağ, 2008, s. 3-7
  31. Mollanəsrəddinşünaslıqda Məmməd Cəfər imzası // Akademik Məmməd Cəfər Cəfərov. Taleyi və sənəti. Bakı: Elm və təhsil. 2009, s. 143-150
  32. Mirzə Ələkbər Sabir sənəti və türk şeiri // Filologiya məsələləri. AMEA M.Fü¬zuli adına Əlyazmalar İnstitutu. Bakı: 2009, № 1, s. 354-364
  33. “Molla Nəsrəddin” jurnalı və Namiq Kamal // Filologiya məsələləri. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: 2009, № 2, s. 264-274
  34. “Şahnamə”nin rıtsar ro¬man¬tikası, yoxsa “Molla Nəsrəddin”in XX əsr realizmi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2010, № 2, s. 40-45
  35. “Molla Nəsrəddin” jurnalının ədəbi bağlar sistemində Firdovsi sənəti // Filologiya məsələləri. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Bakı: 2010, № 11, s. 311-320
  36. Bahtiyar Vahapzadenin yaratıcılığında “Molla Nasreddin” edebi ekolun gelenekleri / Erdem. Atatürk Kültür Merkezi dergisi. Bahtiyar Vahapzade özel sayısı 2010, № 57, s. 21-26
  37. Mirzə Cəlil və Sədi Şirazi sənətində Şərq və bəşər qlobal problemləri ilə // Cəlil Məmmədquluzadə: taleyi və sənəti. Bakı: Elm və təhsil. 2010, s. 61-70
  38. Ön söz // Mətanət Məmmədova. Qəzet jurnalistikası. Bakı: Nurlan, 2010, s. 3-4
  39. Məhkum Şərqə münasibətdə Hafiz Şirazi şeiri “Molla Nəsrəddin” tənqidi realizmi müstəvisində // AMEA Naxçıvan Bölməsinin Xəbərləri. Naxçıvan: Tusi, 2011, №1, s. 202-211
  40. Çağdaş Azərbaycan ədəbiyyatşünaslığında Mirzə Ələkbər Sabir yaradıcılığı və Şərq-türk ədəbiyyatı məsələsi // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2011, № 2, s. 25-32
  41. Hafiz Şirazi və Mirzə Ələkbər Sabir vəhdəti / Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Müəllimlər İnstitutu. Sabir-150. Respublika elmi-praktik konfransın materialları. “Xəbərlər”in xüsusi buraxılışı. Bakı: Müəllim, 2011, s.72-76
  42. Ə.Qəmküsar yaradıcılığında Şərq-türk ədəbiyyatına münasibətin tənqidi realist prinsipləri // Əliqulu Qəmküsar. Taleyi və sənəti. Bakı: Elm və təhsil. 2011, s. 30-37
  43. Mirzə Ələkbər Sabir yara¬dıcılığı və dünya ədəbiy¬yatı problemi professor Abbas Zamanovun tədqiqatlarında / Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axta¬rışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransının materialları. Bakı: Elm və təhsil, 2011, s. 99-105
  44. “Molla Nəsrəddin” salnaməsinin yeni nəşri, yaxud XXI əsrdə Qulam Məmmədlinin ilk kitabı // Ömrün illəri və əsərləri. Bakı: Elm və təhsil, 2011, s. 271-275
  45. “Molla Nəsrəddin” jurna¬lın¬da Nuh peyğəmbər, dün¬ya tufanı // Axtarışlar. AMEA Naxçıvan Bö¬l¬məsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Folklorşünaslıq şöbəsi. Naxçıvan: 2011, № 2, s. 67-71
  46. Məmləkəti üçün şeirləri ilə birgə yanan şairə // Rahilə Dövran. Yurdumun günə¬şi. Naxçıvan: Əcəmi, 2011, s. 3-6
  47. Ədəbiyyat gülüstanında Sabir və Sədi // Dil və Ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnal. 2012, № 2 (82), s. 133-140
  48. Mücahid mollanəsrəddinçi Əliqulu Qəmküsarın sənət uğurları və Şərq-türk ədəbiyyatı // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2012, № 1, s. 469-475
  49. Dövrün və dövranın poetik salnaməsi // Rahilə Dövran. Gözlə yolumu. Naxçıvan: Əcəmi, 2012, s. 3-6
  50. Mirzə Ələkbər Sabir yaradıcılığında Qərb-Şərq ədəbi formalarının kontaminasiyası // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2012, № 10, s. 431-437
  51. Epos poetikasında Kamran Əliyev imzası, yaxud Aristotel “Poetika”sını tamamlayacaq müddəalar // Eposşünaslıq: problemlər, mülahizələr. Bakı: Elm və təhsil, 2013, s. 193-198
  52. “Molla Nəsrəddin” jurnalı və “Tərcüman” qəzeti / Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Uni¬versiteti. “Regional inkişaf və böyük mədəniyyət: mənşə, har¬moniya və tipologiya məsələləri” mövzusunda beynəlxalq konfran¬sın materialları. Naxçıvan: 2013, s. 28-30
  53. “Dildə, fikirdə, işdə bir¬li¬yin” Cəlil Məm¬məd¬qu¬lu¬za¬də və İsmayıl bəy Qaspıralı nümunəsi // AMEA. Xəbərlər. Humanitar elmlər. Bakı: Elm, 2014, № 1, s. 48-56
  54. “Molla Nəsrəddin” jur¬na¬lında “Tərcüman” redak¬toru İ.Qaspıralı və yeni məktəb hərəkatı haqqında // Naxçıvan Dövlət Universitetinin Elmi Əsərləri. Naxçıvan: Qeyrət, 2014, № 1 (57), s. 118-124
  55. Real həyatla ideal həyatın vəhdəti // Vaqif Məmmədov. Yüz rübai. Naxçıvan: Qeyrət, 2014, s. 3-8
  56. “Molla Nəsrəddin” jurnalı “Tərcüman” qəzetinin 25 illiyi haqqında // AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu. Filologiya məsələləri. Bakı: Elm və təhsil, 2014, № 2, s. 352-358
  57. Şərq-Qərb bədii fikrinin M.T.Sidqi yaradıcılığında kamilləşən ədəbi-estetik konsepsiyaları // Məhəmməd Tağı Sidqi. Taleyi və sənəti. Naxçıvan: Əcəmi, 2015, s. 137-147
  58. Lev Tolstoy irsinə münasibətin “Molla Nəsrəddin” prinsipləri // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan: Qeyrət, 2015, № 1 (66), s. 25-30
  59. Klassik Şərq ədəbiyyatı və Əliqulu Qəmküsar satirası // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri. Naxçıvan: Qeyrət, 2015, № 5 (70), s. 8-12
  60. Əziz Şərif estetikasında Cəlil Məmmədquluzadə və dünya ədəbiyyatı problemi // Naxçıvan. İctimai-siyasi, ədəbi-bədii, elmi-publisistik jurnal. Əcəmi, 2015, s. № 31, s. 92-104
  61. Əziz Şərifin tədqiqat¬la¬rın¬da mollanəsrəddinçilər və dünya ədəbiyyatı problemi // Əziz Şərif: taleyi və sənəti. Naxçıvan: 2016, s. 133-146
  62. Akademik İsa Həbibbəylinin Naxçıvan sevgisində hüdudsuzluğun monumental təsdiqi // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2016, № 4 (78), s. 15-19
  63. "Kitabi-Dədə Qorqud” eposu və dünya ədəbiyyatı // AMEA Naxçıvan Bölməsinin Xəbərləri (xüsusi buraxılış). Naxçıvan: Tusi, 2016, Cild 12, №1, s. 60-64
  64. Məhəmmədhüseyn Şəhriyar yaradıcılığında təbiət motivləri / Azərbaycan Respublikası Təhsil Nazirliyi Naxçıvan Dövlət Uni¬versiteti. “Şəhriyar yaradıcılığında müasirlik” mövzusunda respublika elmi konfran-sının materialları. Naxçıvan: 2016, s. 28-30
  65. Keçə alaçıqdan əbədiyyət dünyasına keçid // Yeri görünən işıqlı insan. Professor Sevindik Vəliyevə həsr olunmuş məqalələr toplusu. Bakı: Elm və təhsil, 2016, s. 73-77
  66. “Molla Nəsrəddin” jurnalının Bakı nəşrlərində Sədi Şirazi irsinə münasibətin forma və metodları // Axtarışlar. AMEA Naxçıvan Bö¬l¬məsi. İncəsənət, Dil və Ədəbiyyat İnstitutu. Naxçıvan: 2016, № 4 (22), s. 27-34
  67. “Böyük demokrat”da Mirzə Cəlil və dünya ədəbiyyatı probleminə baxış // Naxçıvan Dövlət Universitetinin Elmi əsərləri (humanitar elmlər seriyası). Naxçıvan: Qeyrət, 2017, № 1 (82), s. 21-25
  1. "Arxivlənmiş surət". 2017-07-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
  2. "Arxivlənmiş surət". 2017-07-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
  3. Siyasi sifarişlə qələmə alınan “Daş yuxular” əsəri simasızlıq nümunəsidir. "Şərq qapısı" qəzeti 06 fevral 2013-cü il, s. 6