İman Mütləq (Səudiyyə Ərəbistanı) — İordaniyalı sahibkar, maliyyəçi, sosial fəal; "Sigma Investments Group" şirkətinin banisi.
İman Mütləq | |
---|---|
ing. Iman Mutlaq | |
Doğum yeri | İordaniya |
Vətəndaşlığı | İordaniya |
Təhsili |
|
Fəaliyyəti | biznes ledi |
imanmutlaq.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Mütləq Səudiyyə Ərəbistanında anadan olub. Atası vəfat edəndə onun 6 yaşı var idi, anası onun təlim tərbiyəsi ilə məşğul olmuşdur. Ailəsinin Səudiyyə kral ailəsi ilə sıx münasibətlərinin olmasına baxmayaraq, Mütləq var gücü ilə ərəblərin tipik kişi ictimai həyatına qoşulmağa cəhd etmişdir. 14 yaşı olanda təhsilinə dəstək olmaq məqsədi ilə toxuduğu əşyaları məktəbdə satırdı.[1]
İman Mütləq iki övladını 24 yaşında həyat yoldaşından boşandıqdan sonra tənha ana olaraq böyütmüşdür.[1]
Mütləq Nyu York Texnologiya İnstitutunda Biznes Administasiyası magistraturasında maliyyə təhsili almışdır.[1]
Mütləq artıq 18 yaşında şəxsi ixrac-idxal biznesini yaratmış və daha sonra 27 yaşında Yaxın Şərq və Şimali Afrikanın regionalarını əhatə edən maliyyə sənayesinə daxil olmuşdur. O hazırda İordaniyanın Sigma İnvestments şirkətini idarə edir.[1]
O 2015-ci ildən MENA (Orta Şərq və Şimali Afrika) bölgəsində maliyyə xidmətləri ilə məşğul olan Bəhreyn "İngot Consutation" şirkətini idarə edir; bu şirkət dünya valyutaları və dəyərli metallarla ticarət etməyə, müştərilərə valyuta bazarına çıxmağa imkan verir.[2]