"İmitasiya Oyunu" (ing. The Imitation Game) — 2014-cü ildə rejissor Morten Tildumun Qrehem Murun Endryu Hudcsun “Alan Türinq:Eniqma” bioqrafik əsəri (əsər daha əvvəl BBC tərəfindən “Kodun sındırılması” tamaşası üçün adaptasiya edilmişdir) əsasında yazdığı ssenariyə uyğun olaraq çəkdiyi tarixi triller janrında olan ABŞ filmidir. Filmdə aktyor Benedikt Kamberbetç İkinci Dünya müharibəsi zamanı alman hökumət və ordu başçılarının gizli yazışmalarını anlamaq üçün Eniqma maşınını sındırmağa çalışan Britaniya kriptoanalitiki Alan Türinq obrazını canlandırmışdır.
Benedikt Kamberbetç filmdəki roluna görə müxtəlif mükafatlara layiq görülmüşdür. | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ümumi | 34 | 111 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
İstinadlar |
Filmin ssenarisi 2011-ci ildə ekranlaşdırılmamış ən yaxşı Hollivud ssenarilərinin ənənəvi Qara siyahısına salınmışdır. “The Weinstein Company” 2014-cü ilin fevralında Avropa Film Bazarında filmi əldə etmək üçün $7 milyon ödəmişdir ki, bu da ABŞ distribyutorluğu üçün ödənən ən böyük məbləğdir. Film Birləşmiş Krallıq kinoteatrlarında 14 noyabr, ABŞ-də isə 28 noyabrda təqdim edilmişdir.
İmitasiya oyunu həm gəlir, həm də tənqidçilərin mövqeyi baxımından uğur qazanmışdır. $14 milyon istehsal büdcəsi olan film 2015-ci ilin aprelinə kimi ümumilikdə $219 milyon gəlirlə 2014-cü ilin ən çox gəlirli müstəqil filmi olmuşdur. 87-ci Oskar mükafatlarının təqdim edilməsi mərasimində film Ən Yaxşı film, Ən Yaxşı Rejissor (Tildum), Ən Yaxşı Aktyor (Kamberbetç), İkinci dərəcəli rolda Ən Yaxşı Aktrisa (Kira Naytli) kateqoriyaları da daxil olmaqla ümumilikdə səkkiz kateqoriyafa mükafata namizəd göstərilmişdir. Film Ən Yaxşı Adaptasiya edilmiş Ssenari nominasiyasında Oskara layiq görülmüşdür. Film, 72-ci Qızıl Qlobus mükafatlarının təqdim edilməsi mərasimində beş, 21-ci Ekran Aktyorları Gildiyası mükafatlarının təqdim edilməsi mərasimində Ekran əsərində Ən Yaxşı Performans kateqoriyası da daxil olmaqla üç kateqoriyada mükafata namizəd göstərilmişdir. Ən Yaxşı Film və Ən Yaxşı Britaniya Filmi nominasiyaları da daxil olmaqla film doqquz nominasiyada BAFTA mükafatına namizəd göstərilmiş, 39-cu Toronto Beynəlxalq Film Festivalında isə Xalqın Seçimi Mükafatına layiq görülmüşdür.
LGBT vətəndaş haqqları təşkilatları və siyasi lobbiləşmə təşkilatı İnsan Haqqları Kompaniyası Türinqin irsini geniş ictimayətə çatdırdığına görə “İmitasiya oyunu” filmini yüksək qiymətləndirmişdir. Lakin, film bəzi tarixi hadisələrin dəqiq təsvir edilməməsi, Türinqin xasiyyətləri və əlaqələrinin düzgün çatdırılmamasına görə tənqid edilmişdir.
Benedikt Kamberbetçin yaratdığı Türinq obrazı xüsusi diqqət cəlb etmişdir.[1][2][3][4] Filmin aktyor və yaradıcı heyəti həm də İnsan Haqqları Kompaniyası, geniş LGBT insan haqqları müdafiəçiləri heyəti və ABŞ lobbi təşkilatları tərəfindən yüksək dəyərləndirilmişdir. “Biz fəxr edirik ki, Alan Türinqin faciəvi həyat jekayəsini böyük ekranlara gətirən İmitasiya Oyunu filminin ulduzları və yaradıcı heyətini mükafatlandırmaq şərəfinə layiq görülmüşük.” [5] deyə İnsan Haqqları Kompaniyasının prezidenti Çad Qriffin qeyd edir.
Mükafatlar[6] | ||||
---|---|---|---|---|
Mükafat | Mərasim tarixi | Kateqoriya | Mükafatlandırılan və nominant | Nəticə |
Avstraliya Film İnstitutu | 2015 | Ən yaxşı film | İmitasiya oyunu | Namizəd |
Ən yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən yaxşı rejissor işi | Morten Tildum | Namizəd | ||
Ən yaxşı ssenari | Qrehem Mur | Namizəd | ||
Oskar mükafatı | 2015 | Ən yaxşı adaptasiya edilmiş ssenari | Qrehem Mur | Qazandı |
Ən yaxşı film | Nura Qrossman, Aydo Ostrovski, Teddi Şvartsman | Namizəd | ||
Ən yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən yaxşı rejissor | Morten Tildum | Namizəd | ||
Ən yaxşı montaj işi | Uilyam Qoldenberq | Namizəd | ||
Ən yaxşı film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Ən yaxşı quruluşçu rəssam | Mariya Djurkoviç, Tatyana MakDonald | Namizəd | ||
Ekran Aktyorları Gildiyasının Mükafatı | 2015 | Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd |
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Bədii filmdə Ən yaxşı aktyor heyəti | Metyu Bird, Benedikt Kamberbetç, Çarlz Dens, Metyu Qud, Rori Kinner, Kira Naytli, Allen Liç, Mark Stronq | Namizəd | ||
Amerika Film Redaktorları | 2015 | Ən Yaxşı Bədii Film Redaktoru - Drama | Uilyam Qoldenberq | Namizəd |
Amerika Film İnstitutu | 2015 | İlin Ən yaxşı Filmi | Nura Qrossman, Aydo Ostrovski, Teddi Şvartsman | Qazandı |
Amerika Operatorlar Cəmiyyətinin Mükafatı | 2015 | Teatral Kinomatoqrafiyada Üstün Müvəffəqiyyətə görə | Oskar Faura | Namizəd |
Sənət Rejissorları Gildiyası | 2015 | Dizayn işində mükəmməlliyə görə - Dövrü film | Mariya Djurkoviç | Namizəd |
Saturn mükafatı | 2015 | Ən yaxşı triller filmi | İmitasiya oyunu | Namizəd |
Afro-Amerikan Film Tənqidçiləri Assosasiyasının mükafatı | 2014 | İlin ən yaxşı 10 film | İmitasiya oyunu | II yer |
Britaniya Akademiya Film mükafatı | 2015 | Ən Yaxşı Britaniya filmi üçün Aleksandr Korda mükafatı | Morten Tildum, Nura Qrossman, Aydo Ostrovski, Teddi Şvartsman, Qrehem Mur | Namizəd |
Ən Yaxşı film | Nura Qrossman, Aydo Ostrovski, Teddi Şvartsman | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən Yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Ən Yaxşı montaj işi | Uilyam Qoldenberq | Namizəd | ||
Ən Yaxşı kostyum dizaynı | Semmi Şeldon | Namizəd | ||
Ən Yaxşı quruluşçu-rəssam | Mariya Djurkoviç, Tatyana Makdonald | Namizəd | ||
Ən Yaxşı səsləndirmə | Con Maydqli, Li Uolpol, Stüart Hilliker, Martin Censen, Endi Kennedi | Namizəd | ||
Eşvill Film Festivalı | 2014 | Festivalın Ən yaxşısı Jüri mükafatı | Morten Tildum | Qazandı |
Aspen Film Festivalı | 2014 | İzləyicilərin seçimi | Morten Tildum | Qazandı |
Mərkəzi Ohayo Film Tənqidçiləri Assosasiyası | 2015 | Ən Yaxşı Film | İmitasiya oyunu | VII yer |
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Qazandı | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən Yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Çikaqo Film Tənqidçiləri Assosasiyası | 2014 | Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd |
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Ən Yaxşı film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Mükafatlar Dairəsi Cəmiyyətinin mükafatı | 2014 | Ən yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd |
Ən yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Tənqidçilərin Seçimi Mükafatı | 2015 | Ən Yaxşı Film | İmitasiya oyunu | Namizəd |
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən Yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən Yaxşı film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
İkinsi dərəcəli rolda Ən Yaxşı aktrisa | Metyu Bird, Benedikt Kamberbetç, Çarlz Dens, Metyu Qud, Rori Kinner, Kira Naytli, Allen Liç, Mark Stronq | Namizəd | ||
Dallas-Fort-Uort Film Tənqidçiləri Assosasiyası | 2014 | İlin Ən Yaxşı On Filmi | Lyuin Devisin daxilində | III yer |
Ən Yaxşı Aktyor | Benedikt Kamberbetç | III yer | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | III yer | ||
Empire mükafatı | 2015 | Ən Yaxşı triller | İmitasiya oyunu | Qazandı |
Ən Yaxşı film | İmitasiya oyunu | Namizəd | ||
Ən Yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
Ən Yaxşı rejissor | Morten Tildum | Namizəd | ||
Ən Yaxşı Britaniya filmi | İmitasiya oyunu | Namizəd | ||
Britaniya Müstəqil Film Mükafatı | 2014 | Ən Yaxşı müstəqil Britaniya filmi | İmitasiya oyunu | Namizəd |
Ən Yaxşı ssenari | Qrehem Mur | Namizəd | ||
Ən Yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
Qızıl Qlobus mükafatı | 2015 | Ən Yaxşı Film – Drama | İmitasiya oyunu | Namizəd |
Ən Yaxşı Aktyor – Drama | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa - Drama | Kira Naytli | Namizəd | ||
Ən yaxşı ssenari | Qrehem Mur | Namizəd | ||
Ən yaxşı orijinal film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Kapri Hollivud Film Festivalı | 2014 | İlin filmi | İmitasiya oyunu | Qazandı |
Ən Yaxşı rejissor | Morten Tildum | Qazandı | ||
Çikaqo Beynəlxalq Film Festivalı | 2014 | İngilis dilində Ən yaxşı nəql olunan film | İmitasiya oyunu | Qazandı |
İzləyicilərin seçimi | Morten tildum | Qazandı | ||
Las Veqas Film Tənqidçiləri Cəmiyyəti | 2014 | Ən Yaxşı Film | İmitasiya oyunu | Namizəd |
London Film Tənqidçiləri Dairəsi | 2015 | Ən yaxşı gənc Britaniya aktyoru | Aleks Lavzer | Qazandı |
İlin Ən yaxşı Britaniya filmi | İmitasiya oyunu | Namizəd | ||
Ən yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
Ən yaxşı Britaniya aktyoru | Benedikt Kamberbetç | Namizəd | ||
Ən yaxşı Britaniya aktrisası | Kira Naytli | Namizəd | ||
London Film Festivalı | 2014 | Ən yaxşı gənc Britaniya aktyoru | Aleks Lavzer | Namizəd |
Los Anceles İtaliya Film Festivalı | 2015 | Ən Yaxşı rejissor | Morten Tildum | Qazandı |
Ən Yaxşı Film | İmitasiya oyunu | Qazandı | ||
Ən Yaxşı ssenari | Qrehem Mur | Qazandı | ||
Memfis İndi Film Festivalı | 2014 | Ən Yaxşı nəql | Morten Tildum | Qazandı |
Mil Valli Film Festivalı | 2014 | İləyicilərin seçimi | İmitasiya oyunu | Qazandı |
Kino Səs Redaktorları Mükafatı | 2015 | Ən Yaxşı Səs Redaktəsi: ingilis dilində dialoq | Li Uelpol, Den Qrin | Namizəd |
ABŞ Film Tənqidçilərinin Milli Soveti | 2014 | Ən Yaxşı On Film | İmitasiya oyunu | Qazandı |
Nyu-York Onlayn Film Tənqidçiləri | 2014 | İlin Ən yaxşı filmi | imitasiya oyunu | Qazandı |
Şimali Karolina Film Tənqidçiləri Cəmiyyəti | 2015 | İkinci dərəcəli rolda Ən Yaxşı aktrisa | Kira Naytli | Namizəd |
Ən Yaxşı adapasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Oklahoma Film Tənqidçiləri Dairəsi | 2015 | Ən Yaxşı Film | İmitasiya oyunu | Namizəd |
Onlayn Film və Televiziya Asossasiyası | 2015 | Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd |
Ən Yaxşı aktyor heyəti | İmitasiya oyunu | Namizəd | ||
Ən Yaxşı film | İmitasiya oyunu | Namizəd | ||
PGA mükafatı | 2015 | Ən Yaxşı prodüser işi | Nura Qrossman, Aydo Ostrovski, Teddi Şvarzman | Namizəd |
Palm Sprinqs Beynəlxalq Film Festivalı | 2015 | Ən Yaxşı aktyor heyəti | İmitasiya oyunu | Qazandı |
Feniks Film Tənqidçiləri Cəmiyyəti | 2014 | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Qazandı |
Ən Yaxşı film | "İmitasiya oyunu" | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Ən Yaxşı film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Ən Yaxşı quruluşçu-rəssam işi | Mariya Djurkoviç Nik Dent Rebekka Milton Marko Anton Restivo |
Namizəd | ||
San Diyeqo Film Tənqidçiləri Cəmiyyəti | 2014 | İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Namizəd |
Ən Yaxşı quruluşçu-rəssam | Mariya Djurkoviç | Namizəd | ||
Ən yaxşı film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Ən yaxşı aktyor heyəti | İmitasiya oyunu | Namizəd | ||
San Diyeqo Film Festivalı | 2014 | Ən Yaxşı Qala filmi | İmitasiya oyunu | Qazandı |
San Fransisko Film Tənqidçiləri Dairəsi | 2014 | Ən Yaxşı film | İmitasiya oyunu | Namizəd |
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Santa Barbara Beynəlxalqq Film Festivalı | 2015 | Ən Yaxşı rejissor | Morten Tildum | Qazandı |
Peyk Mükafatı | 2014 | Ən Yaxşı Film | İmitasiya oyunu | Namizəd |
Ən Yaxşı Rejissor | Morten Tildum | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Qazandı | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən Yaxşı quruluşçu-rəssam | Mariya Djurkoviç, Nik Dent | Namizəd | ||
Ən Yaxşı montajçı | Uilyam Qoldenberq | Namizəd | ||
Ən Yaxşı film musiqisi | Aleksandr Desplat | Namizəd | ||
Skotsdeyl Beynəlxalq Film Festivalı | 2014 | İzləyicilərin seçimi | imitasiya oyunu | Qazandı |
Sent-Luiz Getvey Film Tənqidçiləri Assosasiyası | 2014 | Ən Yaxşı film | İmitasiya oyunu | Namizəd |
Ən Yaxşı rejissor | Morten Tildum | Namizəd | ||
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd | ||
İkinci dərəcəli rolda Ən yaxşı aktrisa | Kira Naytli | Namizəd | ||
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Toronto Beynəlxalq Film Festivalı | 2014 | Ustadlar | Morten Tildum | Qazandı |
Tvin Sitis Film Festivalı | 2014 | Ən Yaxşı Film | Morten Tildum | Qazandı |
USC Skripter Mükafatı | 2014 | - | Qrehem Mur (ssenari) Endryu Hudc (əsər müəllifi) |
Qazandı |
Utah Film TƏnqidçiləri Dairəsi | 2014 | Ən Yaxşı film | İmitasiya oyunu | II yer |
Ən Yaxşı aktyor | Benedikt Kamberbetç[7] | II yer | ||
Vankuver Film Tənqidçiləri Dairəsi | 2015 | Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd |
Vizual Effektlər Cəmiyyətinin Mükafatı | 2014 | Ən Yaxşı vizual effekt dəstəyi (fotoreala) | Stüart Ballen, Lüsi Eynsvort-Teylor, Simon Rov | Namizəd |
Vaşinqton D.C. Area Film Tənqidçiləri Assosasiyası | 2015 | Ən Yaxşı aktyor | Benedikt Kamberbetç | Namizəd |
Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Namizəd | ||
Amerika Yazıçılar Gildiyasının Mükafatı | 2015 | Ən Yaxşı adaptasiya olunmuş ssenari | Qrehem Mur | Qazandı |
İmitasiya oyunu filminin mükafatları Internet Movie Database-də.