İmola


İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur.

Şəhər
İmola
Comune di Imola
Bayraq Gerb
Bayraq Gerb
44°21′12″ şm. e. 11°42′51″ ş. u.HGYO
Ölkə  İtaliya
Region [[Emiliya-Romanya]]
Rayon [[Bolonya (əyalət)]]
Mer Daniele Manka
Tarixi və coğrafiyası
Sahəsi 204.96 km²
Mərkəzin hündürlüyü 47 m
Saat qurşağı
Əhalisi
Əhalisi 69 640 nəfər (2015)
Sıxlığı 340 nəf./km²
Milli tərkibi italyanlar
Rəqəmsal identifikatorlar
Telefon kodu +39 0542
Poçt indeksi 40026
Nəqliyyat kodu BO
Digər
comune.imola.bo.it — Rəsmi saytı
Xəritəni göstər/gizlə
İmola xəritədə
İmola
İmola
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq PistiFormula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır.

Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı.

İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü. 9-cu əsrdə Fausto Alıdosi tərəfindən macarlara və ərəblərə qarşı güclü müdafiə olunmuşdur. 10-cu əsr və sonrakı dövrlərdə İmola qalası və San Kassiano bölgəsi uğrunda ravennalılar, faenzalılar və bolonyalılar arasında ardı-arası kəsilməyən müharibələr baş verdi. Bu döyüşlər nəticəsində şəhər öz müstəqilliyini elan edir. Papa və Müqəddəs Roma imperiyaları arasında baş tutan mübarizədə İmola şəhəri imperator tərəfdarı olmuşdur. Güclü lordlar daima bu şəhəri ələ keçirmək uğrunda bir-biriləri ilə mübarizə aparmışlar. Nəhayət, Papa XII Benedikt şəhəri və şəhərə tabe olan ətraf ərazini papalıq vəkili olaraq qəbul edilmiş Lippo II Alıdösiyə bağışladı və beləliklə, Alıdösi sülaləsi 1424-cü ilə qədər bu şəhəri idarə etdilər. 1424-cü ildə Filippo Mario Viskontinin "capitano" rütbəsi verdiyi muzdlu əsgərlər Lombardiya və İmolanı Viskontilər adına ələ keçirdi. 1426-cı ildə isə şəhər yenidən papanın halimiyyəti altına düşür və Kardinal Kapranitsa şəhərə idarəçi təyin olunur.

Bundan sonra şəhər yenidən Viskontilərə tabe olan muzdlular tərəfindən işğal olunur. Həmin dövrdə tikilmiş olan bir neçə vacib müdafiə məqsədli qalalar günümüzə qədər gəlib çıxmışdır. İmola şəhəri 1434, 1438 və 1470-ci illərdə Milan şəhərinin hakimi olan Sforzalar tərəfindən ələ keçirilirdi. Lakin, Papa IV Sikstusun qardaşı oğlu Jiramalo Riario Katerin Sforza ilə evləndiyinə görə, İmola qalası "hədiyyə" olaraq təkrarən papanın hakimiyyəti altına keçir. Riario Papa tərəfindən "Forli və İmola" şahzadəsi təyin olunur. Bu dövrdə bir çox saraylar və binalar yenidən təmir olunur və sənət əsərləri ilə təchiz olunur. 1488-ci ildə sui-qəsd nəticəsində öldürülən Riarionun kafedral içində olan məzarı buna aid gözəl bir nümunədir.

1789-cu ildə İnqilabçı Fransa ordusu İmolaya daxil olaraq burada müvəqqəti hökumət qururlar. 1799-cu ildə şəhər Avstriya, 1800-cü ildə isə fransız qoşunu tərəfindən ələ keçirilir. Bundan sonra İmola Romanya əyalətinin bir parçası olur.

İkinci dünya müharibəsi ərzində İmola şəhərinə çox böyük ziyan dəyir. Müttəfiq qoşunların ilk bombardmanı 13 may 1944-cü ildə baş tutur. İtaliyanı işğal edən alman qoşunlarının qurmuş olduğu "Qotik müdafiə xətti"nin 15 km şimalında yerləşən İmola 14 aprel 1945-ci ildə azad olunana qədər bu xəttə hücum edən müttəfiq qoşunlarının hücumlarına məruz qalmışdır.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

| alias = Böyük Britaniya | flag alias = Flag of the United Kingdom.svg | flag alias-1707 = Union flag 1606 (Kings Colors).svg | flag alias-1658 = Flag of the Commonwealth (1658-1660).svg | flag alias-1651 = Flag of The Commonwealth.svg | flag alias-1649 = Flag of the Commonwealth (1649-1651).svg | flag alias-1606 = Union flag 1606 (Kings Colors).svg | flag alias-HDQ = Naval Ensign of the United Kingdom.svg | flag alias-ticarət = Civil Ensign of the United Kingdom.svg | flag alias-HHQ = Air Force Ensign of the United Kingdom.svg | flag alias-diplomatik = Government Ensign of the United Kingdom.svg | flag alias-ordu = Flag of the British Army.svg | variant = | altlink = | miqyas = }}, Kolçester[2]

  1. "Međunarodna suradnja Grada Pule". Grad Pula (Croatian və Italian). 5 may 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.
  2. Francis, Valerie. "Twin Town News – Colchester, Avignon, Imola and Wetzlar" (PDF). The Colchester Twinning Society. 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2017.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]