İmposter sindromu

İmposter sindromu (ing. impostor syndrome) —şəxslərin iş həyatına dərindən təsir edə bilən psixoloji sindromdur[1].

Sindrom haqqda məlumat

[redaktə | mənbəni redaktə et]

İmposter sindromu, şəxslərinhəyatına dərindən təsir edə bilən psixoloji sindromdur. Bu sindroma sahib olan insanlar iş və ya təhsil həyatlarında həddindən artıq yüksək mövqeyə gəlib çıxsalar və böyük uğurlar əldə etsələr də, bu uğurun səbəbini öz çalışqanlıqları, bacarıqları və ya əməklərində deyil, tamamilə şans faktorunda görürlər[1].

Bu şəxslər şansın davamlı olaraq onların üzünə güldüyünü, bu səbəblə də əllərindəki nailiyyətləri qazandıqlarını iddia edir və hətta öz beyinlərində buna uyğun olmayan səbəblər də qururlar. Məsələn, hər hansı bir çox çətin akademik imtahandan yüksək nəticə qazanan şəxs "imtahanda qarşıma çıxan suallar çox asan idi", yüksək bir mövqedəki vəzifə üçün çalışan və sonda əldə edən insan "rəqiblərim çox zəif idi" və ya "o qədər də güclü rəqabət yox idi" deyərək məqsədi yolunda istifadə etdiyi bütün bilik və bacarıqlarını gözardı edib hər şeyi şansa bağlayırlar[1].

İmposter sindromunun ən sarsıdıcı tərəfi isə bu şəxslərin bir gün bütün şans əsəri qazandıqlarına layiq olmadıqlarının üzə çıxacağını düşünmələridir. Bu şəxslər nə vaxtsa "təsadüfi" yüksəlişlərinin anlaşılacağını və əllərindəki hər şeyi itirəcəklərini düşünürlər[1].

Maraqlısı budur ki, araşdırmalara görə bu sindroma qadınlarda və hər hansı bir azlığın (milli, irqi, dini və s.) üzvlərində daha çox rast gəlinir. Səbəb olaraq isə cəmiyyətdə onlara qarşı oturuşmuş steorotiplər göstərilir[1].

Sindromun həlli yolları

[redaktə | mənbəni redaktə et]
  • Hissləri faktlardan ayırın. Hər hansı bir mövqe/status və ya bacarığı qazanmaq üçün nələrdən keçdiyinizi, nələri öyrənib nələrə yiyələndiyinizi yada salın. Bunların həmin mövqeyə gəlmək üçün lazım olan yeganə vasitələr olduğunu xatırlayın və oraya çatmanızın səbəbinin bu olduğunu dərk edin. Ağlınıza gələn digər hissləri bu yolla uzaqlaşdırın. imposter imposter imposter[1].
  • Əgər sırf yuxarıda adı çəkilən steorotiplərə yanaşma səbəbilə özünüzün olduğunuz mövqeyə layiq olmadığınızı düşünürsünüzsə, bu fikri daha pozitiv bir fikirlə əvəz edin. Əvvəl-axır bütün steorotiplərin və önyarğıların dağılmağa məhkum olduğunu qəbul edin və özünüzün bunlardan birini edəcək olan "ilklərdən" olduğunu düşünün. İrq, milli kimlik və ya cins akademik və ya karyera həyatında keçilməz səddlər qoya bilməz[1].
  • Bir mövqeyə çatmazdan əvvəl nələr etməli olduğunuzun planını qurun. Həmin mövqeyə çatdıqda planda nəzərdə tutduqlarınızdan nələri etdiyinizi xatırlayın. Bununla da şansınızın deyil, zəhmətinizin sizi irəli apardığına bir daha şahid olun[1].
  1. 1 2 3 4 5 6 7 8 "İmposter sindromu nədir?" (az.). hr-az.com. 30.08.2020. İstifadə tarixi: 2020-09-13.