İmralı

İmralı — (türk. İmralı Adası; yun. Βέσβικος; Καλώνυμος; Καλόλιμνος) və ya KalonilosMərmərə dənizində yerləşən ada. Adanın şimaldan cənuba uzunluğu 8 km, eni isə 3 km təşkil edir. Sahəsi 9,98 km² təşkil edir. Ada dənizin cənub sahilindən 13 kilometrlik, qərb sahilindən isə 20 kilometrlik boğaz ayırır (Boz boğaz). İstanbulla arasında məsafə 65 km-dir. Makdimal hündürlüyü 217 metrdir (Türk-təpəsi). Adadan şərqdə Qəmlik körfəzi yerləşir.

İmralı adası
türk. İmralı adası
Ümumi məlumatlar
Sahəsi 9,98 km²
Uzunluğu
  • 8 km
Eni 3 km
Hündür nöqtəsi 217 m
Yerləşməsi
40°32′07″ şm. e. 28°32′08″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət
Rayon
  • Adalar
Arxipelaq
Akvatoriya
İmralı adası xəritədə
İmralı adası
İmralı adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antik dönəmlərdə adada yuban əhalisi yaşamış və onlar üzümçülükBalıqçılıq ilə məşğul olurdular. Sonradan ipəkçilik belə inkişaf etdirilir. Ada xüsudi ilə Pruss ilə Konstantinopol arasında əlaqələndırıcı rolunu oynayırdı. 1308-ci ildə adanı osmanlıdan olan dəniz qulduru Əmir Əli ələ keçirmişdir. Adanın adıda onun adından meydana gəlmişdir. Bu adanın ələ keçirilməsindən sonra bizanslıların bu istiqamətdən əlaqəsi tamamən itmişdir[1]. 1326-cı ildə isə Pruss şəhəri türklərin əlinə keçmişdir. XX əsrin əvvəllərinə qədər adada cəmi üç yunan kəndi vardı. 1922–1923 illərdə Türkiyə və Yunanıstan arasında olan məlum səbəblərdən yunanlar köçürülmüşdür. Hazırda adada Kürd Fəhlə Partiyasının liderlərindən olan Abdullah Öcalan saxlanılır.

  1. "Arxivlənmiş surət". 2016-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-11.