Abdullah Öcalan və ya qısa adı ilə Apo (4 aprel 1949[1], Ömərli[d], Mardin vilayəti) — PKK qurucusu və lideri. 1999-cu ildə həbs olunmuş və İmralı həbsxanasında ömürlük məhkum edilmişdir.[2]
Abdullah Öcalan | |
---|---|
türk. Abdullah Öcalan | |
Vəzifədədir | |
27 noyabr 1978-ci ildən | |
Əvvəlki | vəzifə təsis olunub |
Sonrakı | Murad Qarailan (de-facto) |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 4 aprel 1949[1] (74 yaş) |
Doğum yeri |
|
Milliyyəti | kürd |
Partiya | Kürdüstan Fəhlə Partiyası |
Təhsili | Ankara Universiteti |
abdullah-ocalan.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Abdulla Öcalan 4 aprel 1948-cu ildə Türkiyənin Şanlıurfa vilayətinin Halfeti mahalının Ömərli kəndində anadan olmuşdur.[3] Öz iddiasına əsasən atası Ömər kürd, anası Öveyş türk kökənlidir. Abdullah Öcalan 1978-ci ildə Əli İldırımın qızı Kəsirə ilə evlənmişdir.[4]
Diyarbəkir və Ankara universitetlərində ali idarəçilik təhsili almışdır.
27 noyabr 1978-ci ildə Diyarbəkirin Licə mahalının Fis kəndində Kürdüstan Fəhlə Partiyasının (PKK) qurucuları arasında yer almışdır. Bu partiya Türkiyə, Avropa Birliyi, NATO, ABŞ və s. ölkələr tərəfindən terrorist partiya kimi tanınır.[5]