İmran İsmayıl oğlu Məmmədov (20 noyabr 1927, Qaçağan, Gürcüstan Sovet Sosialist Respublikası[d] – Qaçağan, Gürcüstan Sovet Sosialist Respublikası[d]) — Sosialist Əməyi Qəhrəmanı[1]. Gürcüstan SSR ictimai xadimi. Yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis. SSRi-nin "Lenin" və "Qırmızı Əmək Bayrağı" ordenləri laureatı.
İMRAN MƏMMƏDOV | ||
---|---|---|
İmran İsmayıl oğlu Məmmədov | ||
Doğum tarixi | 20 noyabr 1927 (97 yaş) | |
Doğum yeri |
|
|
Vəfat yeri |
|
|
Dəfn yeri | ||
Vətəndaşlığı |
ZSFSR 1927-1936 SSRİ 1927- |
|
Dini | İslam | |
Fəaliyyəti | tütünçü | |
Mükafatları |
|
İmran Məmmədov 1927-ci ildə Gürcüstan SSR-in Borçalı qəzasının Qaçağan kəndində dünayay gəlib. Uşaqlığı və bütün ömrü Qaçağan kəndidnə keçmişdir. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan "Kommunizm", sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüfatında işləmişdir. Gürcüstan SSR-in Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir.
1939-cu ildə Qaçağan orta məktəbini 5 illik təhsillə başa vuran İ.Məmmədov kolxozçu kimi əmək fəaliyyətinə başlamışdır. İmran Məmmədov 1939-cu ildə, 12 yaşında Qaçağan "Kommunizm" Kollektiv Təsərüffatında işə başlamış, onun rəhbərliyi ilə "Yeniyetmə" əmək briqadası təşkil olunmuşdur. Briqadanın əsas vəzifəsi Gürcüstan SSR Xalq Komissarları Sovetinin qərarına əsasən Borçalı qəzasında yeni"Trabzon" tütün sortunun iqlimə və aqrotexniki şəraitə uyğunlaşdırılması və kütləvi şəkildə becərilərək, yüksək məhsuldarlığa nail olunması idi.
10 il ərzində bu istiqamət üzrə ixtisaslaşan və geniş təcrübə qazanan İmran Məmmədov nəhayət ki, "Trabzon" tütün sortunun iqlimə və aqrotexniki şəraitə uyğunlaşdırmağa nail oldu.
1945-ci ildə İmran Məmmədov yüksək məhsul becərdiyinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə "Əmək igidliyinə görə" medalı ilə təltif edildi. 1945–1947-ci illərdə İ. məmmdəovun təcrübəsi Azərbaycan SSR və Özbəkistan SSR-də tətbiq edilməyə başladı.
1948-ci ildə İ.Məmmdov yüksək məhsul əldə etdiyinə görə Gürcüstan SSR Nazirlər Soveti tərəfindən təşəkkürnamə ilə təltif edildi və SSRİ Ali Soveti rəyasət Heyətinin fərmanı ilə "Qırmızı əmək bayrağı" ordeni ilə mükafatlandırıldı
3 mart 1949-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Qaçağan "Kommunizm" Kolxozunun birqada üzvü İ.Məmmədova Sovet İttifaqı Sosialist Əməyi Qəhrəmanı fəxri adı verildi və o "Oraq və Çəkic" medalı ilə təltif edildi.
1949-cu ildə təqəüdə çıxana qədər İmran Məmmədov fəaliyyətini Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərüffatında davam etdirmiş və bitkiçlik sahəsində yüksək məhsuldarlığın təcrübi əldə edilməsi metodlarını yeniləşdirmişdir.