Bu məqalədə yalnız ilkin və ya onunla əlaqəli mənbələrdən istifadə olunur. Məlumatlar müstəqil ikinci mənbələrə əsaslanmalıdır, əks halda məqalənin neytrallığı və ya əhəmiyyəti ilə bağlı şübhələr yarana, bunun nəticəsində də silinə bilər. Məqaləyə etibarlı istinad və mənbələr əlavə etməklə onu təkmilləşdirə bilərsiniz. |
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi — Azərbaycan Respublikasında idman və gəncliyin inkişafı ilə bağlı fəaliyyət gösətərən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin nəzdində hökumət təşkilatı.
Gənclər və İdman Nazirliyi | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 30 yanvar 2006 |
Əvvəlki qurum | Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | Olimpiya küçəsi 4, AZ1072 |
Rəhbərlik | |
Nazir | Fərid Qayıbov |
Nazir müavinləri |
İndira Hacıyeva Mariana Vasilyeva-Toteva Fərhad Hacıyev |
|
|
Rəsmi saytı | mys.gov.az |
Müstəqillik dövründə ilk dəfə Azərbaycan Respublikası Prezidentinin 26 iyul 1994-cü il tarixli, 179 saylı fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmışdır.[1]
Nazirlik bu adla 2-ci dəfə Azərbaycan Respublikası Prezidentinin 30 yanvar 2006-cı il tarixli, 539 saylı fərmanı ilə Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyinin əsasında yaradılmışdır.[2]