İnşan - Çinin şimalında, Daxili Monqolustanda, Xuanxe çayından şimal və şimal-şərqdə yerləşən, cənub yamacları dik olan bir çox yarımhorst tipli dağ tirələrindən ibarət dağ sistemi.[1]
İnşan dağları | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2187 m |
Uzunluğu | 650 km |
Yerləşməsi | |
41° şm. e. 112° ş. u.HGYO | |
Ölkə | ÇXR |
|
Çinin şimalında, Daxili Monqolustanda, Xuanxe çayından şimal və şimal-şərqdə yerləşən İnşan dağlarının cənub yamacları dik olub bir çox yarımhorst tipli dağ tirələrindən ibarətdir. Dağın ümumi uzunluğu 650 kilometrdir. Dağın hündürlüyü isə 2187 metrə qədərdir. İnşan dağ sistemin tərkibinə Lanşan, Şeyten-Ula, Xelanşan, Datsinşan silsilələri daxildir. Dağ sistemi enlik dairəsi istiqamətində Xuanxe çayının şimal dirsəyinə qədər uzanırlar. Qobinin geniş şərq və cənub-şərq hissəsi alçaq təpəli dalğavari düzənlərdir. Səthində üçüncü və dördüncü dövrün çayları və göl hövzələrinin izləri çox yaxşı saxlanılmışdır. Qədim çay dərələri terraslıdır: çaqıl daşlarından qurulmuşdur. Həmin sahələrdə yeraltı sulara nisbətən dayaz yerlərdə hələ də rast gəlinməkdədir. Qədim çay dərələri və göllər ətrafında daş dövrünə aid mədəniyyətin aşkar edilməsi, hələ pleystosendə burada çayların və göllərin olduğunu sübut edir. Mərkəzi Asiya tədqiqatçılarının ehtimalına görə o zaman göllər (yəqin ki, həm də çaylar) Qobi landşaftının tipik bir elementi olmuşdur. Orta əsrlərin özündə belə Qobidə və Mərkəzi Asiyanın başqa sahələrində qrunt suları çox dayazda yerləşmiş, yağıntıların miqdarı isə indikinə nisbətən bir qədər artıq olmuşdur.[1]
Bu silsilə Xuanxe çayının sol sahili boyunca 300 km uzanır. Maksimal hündürlüyü 2109 metrdir. Silsilə əsasən şist və qneyslərdən ibarətdir. Qeyd edək ki, şist quruluşca lay-lay olan dağsüxurudur və gil laylara güclü təzyiq və istiliyin təsiri ilə yaranır. Qneys isə qədim metaforik süxurdur. Silsilənin şimal-qərb yamacı maili, cənub şərqi isə Xuanxe vadisinə doğru yönəlir. Cənub-şərq hissə ən hündür və ən dik hissə olub, dar vadilərə parçalanır. Landşaft yarımsəhra kol bitkilərinə malikdir.[2]
Çin Xalq Respublikasının şimali-mərkəzi hissəsində yerləşən bu silsilə Daxili Monqolustan və Ninsya ilə hüdudlanır. Sahəsi təxminən 673 400 km²-dir, uzunluğu şimaldan cənuba doğru 180 km, eni isə 15–50 km-dir. Orta hündürlüyü dəniz səviyyəsindən 2 km, ən hündür zirvəsi isə dəniz səviyyəsindən 3556 m-dir. Yüksək sahələrində meşələr və şəmənliklər var. Zəngin faunasına vəhşi ulaqlar, antiloplar, bəbirlər, qonur ay, bəzi sürünənlər və məməlilər daxildir.[2]
Daxili Monqolustan Muxtar Vilayətində yerləşən bu silsilənin uzunluğu 260 km-dir. Maksimal hündürlüyü 2187 km-dir. Silsilə qneys, bazalt və qum daşları kimi suxurlara örtülüdür. Cənub yamacı Xunaxe çayının vadisinə doğru güclü şəkildə parçalanmış dik yamac formalaşdırır. Şimal yamacı isə mailidir. Florasını çöl bitkiləri təşkil edir. Əhalisi maldarlıqla məşğul olur.[2]
İnşanın ilk tədqiqi Nikolay Prjevalskidən başlayaraq rus səyyahlar tərəfindən aparılmışdır.