İnanmırsansa...

İnanmırsansa… — 1984-cü ildə rejissor Lütfi Məmmədbəyov tərəfindən ekranlaşdırılmış iki hissəli televiziya tamaşası. Azərbaycan televiziyasında istehsal edilmişdir. Əsas rolları Mətanət Atakişiyeva,Ramiz Məlikov,İlham Əsgərov və Sitarə Novruzova ifa edirlər.

İnanmırsansa...
Janr drammatik-psixoloji
Rejissor Lütfi Məmmədbəyov
Əsərin müəllifi Əlibala Hacızadə
Baş rollarda Mətanət Atakişiyeva, Ramiz Məlikov, İlham Əsgərov, Sitarə Novruzova, Rüstəm Əliyev, Adışirin Bağırov
Operator Fərman Nəbiyev
Quruluşçu rəssam Oqtay Quliyev
İstehsalçı Azərbaycan Televiziyası
İlk baxış tarixi 1984-ci il
Müddət 63 dəqiqə
Ölkə Azərbaycan SSR
Dil Azərbaycan dili
Rəng rəngli
Çəkiliş yeri Bakı(Buzovna qəsəbəsi)

Tamaşada hadisələr bir ailənin daxilində və ətrafında cərəyan edir. Qısqanclıq zəminində baş verən hadisələr xoşbəxt bir ailəni sarsıdır. Ekran əsərində Arzu (Mətanət Atakişiyeva) və Nüsrət (İlham Əsgərov) dostluq, inam, sədaqət, mərdlik və ədaləti qorumağa çalışırlar. Lakin Adilin həsəd və qısqanclığı ailədə təzadlar yaradır. Film-tamaşanın müqəddiməsi olaraq Adilin (Ramiz Məlikov)qəlbində şübhə və inamsızlıq hisslərinin oyanmasını göstərə bilərik. O ki qaldı kuliminasiya nöqtəsinə, o isə, şübhəsiz, Nüsrətin Adilin günahını boynuna götürərək azadlıqdan məhrum edilməsidir. Onu qeyd edə bilərik ki, tamaşada düyünlərin açılması, razvyazka məqamını aydın şəkildə görmürük. Gedişat getdikcə qəlizləşir, Adilin qəlbindəki kin-küdurət, ən əsası qısqanclıq hissi sönmək əvəzinə daha da alovlanırdı. Biz bunun final səhnəsində də şahidi ola bilərik.

Film-tamaşa haqqında

[redaktə | mənbəni redaktə et]

1984-cü ildə Azərbaycan Televiziyasında ədəbi mühitimizdə öz parlaq imzası ilə seçilən yazıçı Əlibala Hacızadənin qələmə aldığı iki hissəli televiziya tamaşası ekranlara çıxır. Tamaşa belə adlanır: "İnanmırsansa…" Əsər o zaman Azərbaycan televiziya məkanında bir-birindən maraqlı televiziya tamaşalarına ekran həyatı verən aktyor, rejissor Lütfi Məmmədbəyovun quruluşunda ekranlaşdırılır. Film-tamaşada izləyicilərə "Həyatda bir cür həqiqət var və bir insanın həyatı qədər önəmlidir, o nə bölünəndir, nə də ki bölən…O tək ünvanımız, yaşadığımız səbəbdir, o inamdır…" ideyaları təlqin edilir. Televiziya tamaşasının çəkilişləri Azərbaycan televiziyası studiyasında və Bakının Buzovna qəsəbəsində həyata keçirilmişdir.

Arzu — Mətanət Atakişiyeva

Adil — Ramiz Məlikov

Nüsrət — İlham Əsgərov

Tünzalə — Sitarə Novruzova

Sürücü — Rüstəm Əliyev

Gülbala — Adışirin Bağırov

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]

Əsərin müəllifi: Əlibala Hacızadə

Quruluşçu rejissor: Lütfi Məmmədbəyov

Rejissor: Kərim Kərimov

Quruluşçu operator: Fərman Nəbiyev

Operatorlar: Elman Hüseynov, Elçin Əliyev

Quruluşçu rəssam: Oqtay Quliyev

Səs rejissorları: Fikrət Ağazadə, Vaqif İmanquliyev

Videoyazı Mühəndisləri: Asim Babayev, Adil Zeynalov, Rauf Kələntərov, Eldar Minbağırov