Fərman Bəhram oğlu Nəbiyev (28 fevral 1960, Mingəçevir) — Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i (2010)[1], "Qızıl qələm", "H.B.Zərdabi" mükafatları laureatı, "Mingəçevir işıqları" qəzetinin baş redaktoru[2], "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri[3].
Fərman Nəbiyev | |
---|---|
azərb. Nəbiyev Fərman Bəhram oğlu | |
Doğum adı | azərb. Nəbiyev Fərman Bəhram oğlu |
Təxəllüsü | Nəbivi |
Doğum tarixi | 28 fevral 1960 (64 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Həyat yoldaşı | Yeganə Nəbiyeva |
Uşaqları |
Aysel Günel Elnur |
Atası | Bəhram Nəbiyev |
Anası | Kütayın Nəbiyeva |
Təhsili | |
Fəaliyyəti | jurnalist |
Fəaliyyət illəri | 1980-ci ildən |
Əsərlərinin dili | Azərbaycan dili |
İstiqamət | siyasət, hüquq |
Janrlar | məqalə, reportaj, oçerk |
Mükafatları |
|
Fərman Nəbiyev 28 fevral 1960-cı ildə Mingəçevir şəhərində anadan olmuşdur.
1977-ci ildə Mingəçevirdəki 3 saylı orta məktəbi, 1986-cı ildə ADU-nun (hazırda BDU) jurnalistika fakültəsini bitirmişdir.
1980-ci ildən mətbuatda çalışır. Bir müddət korrektor işlədikdən sonra, yerli qəzetlərdə müxbir və şöbə müdiri ("Mingəçevir işıqları" və "Səda"), respublika qəzetlərinin bölgə müxbiri ("Ülfət", "Həyat") olmuşdur.
1992-1993-cü illərdə Mingəşevir İcra hakimiyyəti başçısı yanında mətbuat xidmətinin rəisi olmuşdur.
1999-cu ildə "Mingəçevir işıqları" adı ilə şəxsi qəzetini təsis edib və həmin vaxtdan qəzetin baş redaktorudur. 2009-cu ilin noyabrında ABŞ səfirliyinin maliyyə dəstəyi ilə Mingəçevir Media Mərkəzini açıb. 2004-cü ilin dekabrından "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin prezidentidir. 2010-cu ilin iyulunda İREX-lə partnyor kimi Mingəçevirdə İcma Məlumat Mərkəzini, avqust ayından isə Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə yardımı ilə İnsan alveri qurbanları üçün reabilitasita və reinteqrasiya mərkəzini yaradıb.