İnba gölü bədheybəti

Yaçiyo Bələdiyyə Folklor Muzeyində sərgilənən İnba gölü bədheybəti modeli.
İnba gölü bədheybətini təsvir edən 1857-ci ilə aid yaponca əsər.

İnba gölü bədheybəti və ya İnbanuma kaycusu (印旛沼の怪獣?)Yaponiyanın Çiba prefekturasının ərazisində yerləşən İnba gölündə ortaya çıxdığı iddia olunan bədheybət.[1]

25 sentyabr 1843-cü ildə bir neçə hökumət məmuru və işçi İnba gölünün polderində işləyərkən fırtına başlamışdır. İddiaya görə qəfildən suyun altından 4,6 metr hündürlüyündə, dikburunlu, meymunaoxşar, qara kürklü və iti caynaqlı qəribə varlıq ortaya çıxmışdır.[1]

Bədheybət hündür qayanın başında hərəkətsiz dayanıb ona baxanları süzdükdən sonra ildırım "çağırmış", onlarla şəxsin eyni anda ölümünə və yaralanmasına səbəb olmuşdur. Hadisədən sağ qurtulanlar bu hadisəni başqalarına çatdırsalar da, ömürlük xəstə qalmışdırlar. Bədheybət yoxa çıxmış və bir daha görünməmişdir.[1]

Ehtimallar və iddialar

[redaktə | mənbəni redaktə et]

Ehtimalların birinə görə böyük bir suiti ölkənin daxili hissələrinə qədər gəlib çıxa bilmiş və yerli sakinləri çaşdırmışdır. Bir başqa fikrə görə bu, göldə aparılan işlərin qarşısını almaq məqsədilə ortaya atılmış uydurma hekayədir.[1]

Populyar mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

2020-ci ildə gölün yaxınlığında yerləşən Yaçiyo Bələdiyyə Folklor Muzeyində İnba gölü bədheybətinin 1:4 miqyasında olan modeli yaradılmışdır. Modelin görünüşü üç müasir mətndəki təsvirlərə əsaslanır.[1]

  1. 1 2 3 4 5 "Lake Imba Monster". Atlas Obscura (ingiliscə). 19 dekabr 2023. 2023-12-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 dekabr 2023.