İncələçək yulğun

İncəyarpaq yulğun (lat. Tamarix kotschyi) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü.

İncəyarpaq yulğun
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Orta Asiya (Qaraqum, Pamir-Altay, Kopetdağ, Badxız), İraq, İranƏfqanıstanda təbii arealı vardır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Təbiətdə boyu 4–6 m-ə qədər olan koldur. Gövdəsinin qabığı sarımtıl boz, sarımtıl-qonur rəngdə olur. Birillik zoğları isə açıqqonur və ya qırmızımtıl qonur rəngdə olur. Çiçəkləri 4 üzvlü olub, çiçək saplağı kasacıqdan iki dəfə uzundur. Bitkinin ləçəkləri ağ çəhrayı və bəzən isə mavi rəngdə olur. Meyvəsi qutucuqdur. Toxumları kiçik olur və hər qutucuqda 15-ə qədər toxum olur. Aprel-may aylarında çiçəkləyir, meyvəsi isə iyun ayında yetişir.

Çay və kanalların kənarında rast gəlinir. Təbiətdə generativ və vegetativ yolla çoxalır. Başlıca olaraq insan fəaliyyətidir. Mədəni şəraitdə nəbatat bağlarında becərilir. Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın nadir bitkisidir. Azərbaycanda arealı geniş deyildir. Naxçıvan MR-da, Abşeronda və Kür-Araz ovalığında təbii halda yayılmışdır. Azərbaycanın "Qırmızı kitab"ına daxil edilməsi zəruridir.

Mədəni şəraitdə Nəbatat bağlarında becərilir.

Qəbul еdilmiş qоrumа tədbirləri

[redaktə | mənbəni redaktə et]

Xüsusi qəbul edilmiş qoruma tədbiri yoxdur.

Zəruri qоrumа tədbirləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın "Qırmızı Kitab"ına daxil edilməsi zəruridir.