İndeks yarığı

İndeks yarığı (ing. index hole ~ ru. индексное окно ~ tr.indeks deliği) – 5.25-düymlük disketin mərkəzi oturma deşiyinin yaxınlığında kiçik dairəvi deşik. O, birinci verilənlər sektorunun mövqeyini (yerini) göstərməklə disketin fırlanması zamanı oxuma-yazma əməliyyatlarının sinxronlaşmasını təmin edir. Bundan başqa, indeks yarığı yanlışlıqların aşkarlanmasına kömək edir. Məsələn, diskin oxuma-yazma başcığının tam keçidi (yolu) indeks yarığının xüsusi sensor ilə ölçülən keçid zamanın ikiqat qiyməti ilə üst-üstə düşməlidir. Disketdə lazım olan sektorun axtarış zamanını qiymətləndirmək üçün bu nisbətdən istifadə etmək olar. Əgər sektor indeks yarığının iki keçidindən sonra tapılmazsa, hesab edilir ki, sektor yoxdur və ya zədəlidir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.