İndol alkaloidləri

İndol alkaloidləri - harmin C13H12ON2, İohimbin C21H26O3N3, rezerpin C32H38O8N2, strixnin C21H2O2N2 və brutsin C23H26O4N2-dir.

Harmin C13H12ON2

[redaktə | mənbəni redaktə et]

Bu alkaloidlər qrupunun ən sadə nümayəndəsidir. KrımdaOrta Asiya respublikalarında çox bitən Peganum Harmala bitkisinin toxumlarından və başqa hissələrindən harmalin ilə bərabər alınır.

Harmin 257-258oS-də parçalanaraq əriyən, kristal ağ maddədir, optik fəal deyildir, təbabətdə bəzi sinir xəstəliklərinin müalicəsi üçün işlədilir.

İohimbin C21H26O3N3

[redaktə | mənbəni redaktə et]

Cənubi Afrikada bitən Corynanthe İohimbe ağacının qabağındarast gələn alkaloidlərdən biridir, 234-235oS-də əriyir. Spirtdə və xloroformda yaxşı həll olur. Təbabətdə qan təzyiqini aşağı salmaq üçün işlədilir.

Rezerpin C32H38O8N2

[redaktə | mənbəni redaktə et]

Ravolfia bitkilərində rast gələn çox əhəmiyyətli alkaloidlərdən biridir. Rezerpin, təbabətdə iohimbindən daha çox işlədilən sakitləşdirici və qan təzyiqini azaldan vasitələrdən biridir.

  • M.Mövsümzadə "Üzvi kimya", Maarif-1966, II hissə.