İnduksiya (lat. inductio – vadaredici)
- ayrı-ayrı faktlardan və ya xüsusi təsadüflərdən ümumi nəticələri çıxarmaqla mühakimə yürütmək üsulu, deduksiyanın əksi;
- fizikada maqnit sahəsində hərəkət edərkən və ya ətrafında maqnit sahəsi dəyişərkən hər hansı bir naqildə elektrik cərəyanının yaranması;
- mətndə tək-tək hallarda ümumi nəticəyə gəlmə, məntiqi hökm, faktları ümumiləşdirmək üsulu.
- Elektromaqnit induksiyası — Maqnit sahəsinin təsirindən elektrik sahəsinin yaranması.
- Elektrostatik induksiya — Elektrik sahədə yüklərin yerini dəyişməsini təsvir edir.
- Əliquliyev R.. Şükürlü S., Kazımova S. Elmi fəaliyyətdə istifadə olunan terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.