Deduksiya

Deduksiya (ing. Deduction; lat. deuctio) — əldə etmə, hasil etmə, çıxarma. Latın mənşəlidir. Əsas mühakimə (əqli nəticə) üsullarından və tədqiqat metodlarından biri. Deduksiya öz metodoloji üslubuna görə induksiyadan fərqlənir. İnduksiyanın əksidir, mühakimə prosesində ümumi müddəalardan xüsusi nəticə çıxarmaq, hər hansı bir ümumi fikirdən məntiqi yola çıxmaq, prinsip yaxud təklif ortaya qoymaq.

Deduksiyaya sadə misal olaraq aşağıdakı mühakiməni göstərmək olar: "Bütün adamlar ölümə məhkumdur. Sokrat adamdır. Onda Sokrat olümə məhkumdur". Hazırda deduksiya deyəndə bu və ya digər aksiomlar sisteminə əsaslanan ciddi riyazi mühakimə başa düşülür.

Buna görə, deduksiya mühakimənin aksiomatik üsulu adlandırırlar. Müəyyən bir təklifi isbat etmək üçün, məsələn, həndəsədə onu ya isbat olunmuş teoremə, ya da qəbul olunmuş aksiomların birinə, yaxud bir neçəsinə gətirirlər.

Riyazi induksiya prinsipinin köməyi ilə müxtəlif teoremlərin isbatı deduksiyaya misaldır. Deduksiya latın dilində "deductio" sözündən götürülmüşdür.