İnduksiya (ing. induction) – xüsusidən ümumiyə, ayrı-ayrı müşahidələrdən ümumiləşdirməyə doğru məntiqi nəticə. İnduksiyada toplanmış təcrübə, yaxud eksperimentlərin nəticələrinə görə formalaşdırılmış mülahizələr çoxluğunun əsasında ümumi nəticə çıxarılır; bu zaman nəticənin özünün mütləq bilavasitə mülahizələrdəki informasiyalardan çıxacağı vacib deyil. Faktlardan ibarət olan verilənlər bazasının emalı zamanı ümumi qaydaların, meyllərin və korrelyasiyaların aşkarlanması məqsədilə induksiyadan istifadə olunur.