İnemuri (居眠り, Inemuri?, hərfi tərcümədə Orada olmaq və yatmaq) – Yaponiya yatmaq sənəti. Termin 8 saatlıq yuxu üçün deyil, işdə, dərsdə, ictimai nəqliyyatda qısa müddətliyinə alınan yuxu üçün istifadə olunur.[1]
Qərb ölkələrindən fərqli olaraq Yaponiyada ictimai yerlərdə yatıb qalmağa yaxşı baxılır.[2] Yaponlar inemuriyə tam olaraq yuxu kimi baxmırlar və bunu tənbəllik əlaməti saymırlar. İnemuri gündəlik vəzifələri yerinə yetirmək uğruna qısa müddətliyinə o mühitdən uzaqlaşmaq halıdır.[3]