İnfanta Mariya Amaliya (isp. María Amalia de Borbón y Borbón-Parma) (9 yanvar 1779, Madrid – 22 iyul 1798[1]) – İspaniya kralı IV Karlın qızı, İspaniya infantası.
Mariya Amaliya | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 9 yanvar 1779 |
Doğum yeri | |
Vəfat tarixi | 22 iyul 1798[1] (19 yaşında) |
Atası | IV Karl |
Anası | Parmalı Mariya Luiza |
Həyat yoldaşı | İnfant Antonio Paskal |
Vikianbarda əlaqəli mediafayllar |
Hələ 16 yaşında ikən 1795-ci ildə 40 yaşlı əmisi İnfant Antonio Paskalla evləndi. Cütlüyün ilk və yeganə övladı isə 1798-ci ildə ölü olaraq dünyaya gəldi. Doğum əsnasında tutulduğu infeksiya səbəbilə Mariya Amaliya doğumdan 2 gün sonra vəfat etdi.