Parmalı Mariya Luiza (isp. Luisa María Teresa Ana; fr. Louise Marie Thérèse Anne) (9 dekabr 1751[1][2][…], Parma – 2 yanvar 1819[3][1][…], Roma) — İspaniya kralının xanımı.
Parmalı Mariya Luiza | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Luisa María Teresa Ana |
Doğum tarixi | 9 dekabr 1751[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 2 yanvar 1819[3][1][…] (67 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | vərəm |
Atası | İnfant Filipp |
Həyat yoldaşı |
|
Uşaqları | |
Vikianbarda əlaqəli mediafayllar |
Atası İspaniya kralı V Filippin oğlu Parma hersoqu Filipp, anası isə Fransa kralı XV Lüdovikin qızı Burbonlu Luiza Elizabetdir. Əmisi olan İspaniya kralı III Karlın oğlu İnfant Karlla 1765-ci ildə evləndi və onun 1788-ci ildə kral olmasıyla Mariya Luiza İspaniya kraliçası oldu.
Kral üzərindəki nüfuzu və dövlət işlərinə müdaxiləsi səbəbilə xalq arasında sevilmədi. Hətta münasibətləri pis olan gəlini Mariya Antuanettanın gənc yaşda vəfat etməsində də onun əlinin olduğu deyilir. Ərinin taxtdan devrilməsinin ardından onunla birlikdə Fransaya qaçdı və Napoleon Bonapart tərəfindən burada əsir tutuldu. Daha sonra Romaya aparıldılar və burada ərinin ölümündən 18 gün öncə — 2 yanvar 1819-cu ildə vəfat etdi.