İnfluyenser marketinq (ing. influencer marketing) ya da Təsiretmə marketinqi — sosial media marketinqinin bir növü olub, sosial nüfuza malik olan İnternet məşhurlarının təsdiqlərini və ya məhsul yerləşdirmələrini əhatə edir.[1]
İnfluyenser (təsiredici) məzmuna nümunə kimi influyenserlərin (təsir edənlərin) potensial alıcı rolunu oynadıqları və ya üçüncü tərəf kimi göründükləri ifadə reklamlarını (referans reklamlar) nümunə göstərmək mümkündür.[2][3]