İnformasiya mərkəzi (ing. information center, rus. информационный центр ~ tr. bilgi merkezi) – adətən, böyük kompüter kompleksi və onunla bağlı olan yerlər (binalar); təşkilatda informasiyanın idarə olunması və paylanması mərkəzi. Bu termin informasiyanın seçilib götürülməsi və qərar qəbul edilməsi prosesinə yardım üçün nəzərdə tutulmuş xüsusi növ hesablama sisteminə də aid edilə bilər; belə sistemdə informasiya, adətən, yalnız oxumaq üçün nəzərdə tutulub və informasiyanı göndərən başqa sistemlərdən çıxarılan və ya alınan verilənlərdən ibarətdir.