İnformasiya magistralı

İnformasiya magistralı (ing. Infobahn (information bahn), rus. информационная магистраль, türk. bilgi yolu) – “information superhighway” üçün qısaltma. Alman dilindəki sürətli avtomagistralların adından (autobahn) götürülüb.

1990-cı illərdə populyar olan termin. Kompüter texnologiyaları və siqnalları mövcud modemli onlayn sistemlərdən dəfələrlə çox sürətlə buraxa bilən optik-lif rabitə xətləri bazasında olan rəqəmsal ikitərəfli rabitə vasitəsini bildirir. İnformasiyanın belə rabitə magistralı ilə ötürülməsi tamamilə yeni imkanlar açır. Məsələn, interaktiv televiziyanın yaradılmasında: tamaşaçı minlərlə hazır proqramın, filmin və verilişin arasından seçim edə bilər, yeni verilişlərin hazırlanmasında və translyasiya olunmasında aktiv iştirak edə bilər – sərbəst olaraq bir videokameradan başqasına keçə bilər, yaxud kameranı lazım olan istiqamətə dönməyə məcbur edə bilər. Hesab edilir ki, bu sistem televiziyanı əvəz edəcək, həm də eyni zamanda videotelefon və telestudiya olacaq.

İnformasiya magistralı çağdaş kompüter sənayesində ən vacib yeni ideyalardan biridir. Microsoft şirkətinin rəhbəri Bill Geyts layihədə çox yaxından iştirak edir və Microsoft bu layihənin həyata keçirilməsi üçün hər il yüz milyonlarla dollar xərcləyir.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]