İnkişaf iqtisadiyyatı

İnkişaf iqtisadiyyatı aşağı gəlirli ölkələrdə inkişaf prosesinin iqtisadi aspektlərini öyrənən iqtisadiyyatın alt sahəsidir. Bu sahə təkcə iqtisadi inkişaf, iqtisadi artımstruktur dəyişikliyinin metodları ilə maraqlanmır, həmçinin əhali artım potensialının inkişaf etdirilməsi üçün səhiyyə, təhsil və iş yeri şəraitinin özəl və ya dövlət kanalından istifadəni də araşdırır.[1]

İnkişaf iqtisadiyyatı özündə siyasət və praktikaların təyinində və onların həm ölkənin daxili, həm də beynəlxalq səviyyədə tətbiq edilməsinə kömək edən nəzəriyyələrin və metodların yaradılmasını birləşdirir.[2] Bu bazar təşviqlərinin yenidən qurulması və ya layihə təhlilləri üçün aralıq optimizasiyası kimi riyazi üsulların istifadəsini də əhatə edə bilir. İnkişaf iqtisadiyyatında keyfiyyət və kəmiyyət üsulları birlikdə istifadə oluna bilər.[3]

İqtisadiyyatın digər sahələrindən fərqli olaraq, inkişaf iqtisadiyyatında yaxınlaşmalar xüsusi planları qurmaq üçün siyasi və sosial faktorlarla əməkdaşlıq edə bilər.[4] Yenə, digər iqtisadiyyat sahələrindən fərqli olaraq tələbələrin bu sahəylə bağlı nəyi bilməli olduğuyla bağlı bir konsensus yoxdur.[5] Müxtəlif nəzəriyyələr iqtisadi birləşmə və ya ayrılmaya ev camaatı, region və ölkələr üzərindən töhfə verən faktorlardan istifadə edə bilər.[6]

  1. Bell, Clive (1987). "development economics," The New Palgrave: A Dictionary of Economics, v. 1, pp. 818, 825.
  2. Arndt, H. W. (1981). "Economic Development: A Semantic History," Economic Development and Cultural Change, 29(3), p pp. 457 Arxivləşdirilib 2020-05-31 at the Wayback Machine–66. Chicago: The Chicago University Press.
  3. Bell, Clive (1987). "development economics," The New Palgrave: A Dictionary of Economics, v. 1, p. 825.
  4. Todaro, Michael and Stephen Smith. Economic Development. 9th ed. Addison-Wesley series in economics, 2006
  5. Meier, Gerald M. and James E. Rauch. Leading Issues in Economic Development. 8th ed. Oxford University Press, 2005
  6. Ray, Debraj (2008). "development economics". The New Palgrave Dictionary of Economics, 2nd Edition. Abstract. Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]