İnklüziv kapitalizm

İnklüziv kapitalizm iqtisadiyyatda dəyərin daha ədalətli və bərabər bölgüsünü yaratmağa, artan gəlir və sərvət bərabərsizliyini aradan qaldırmağa yönəlmiş nəzəri konsepsiya və siyasi hərəkatdır. 2020-ci ildə Vatikan ilə 10,5 trilyon büdcəsi olan transmilli şirkət[1] inklüziv kapitalizm Şurasını yaratdılar.[2][3][4][5] 2016-cı ildə Nyu-Yorkda inklüziv kapitalizm mövzusunda konfransda çıxış edən BVF prezidenti Kristin Laqard inklüziv iqtisadiyyatın və bütövlükdə inklüziv cəmiyyətin dəstəklənməsində biznesin vacibliyini vurğuladı.

Yaranma tarixi[redaktə | mənbəni redaktə et]

Məqsədi təkcə kapitalın yığılmasına deyil, cəmiyyəti yaxşılaşdırmaqdan ibarət olan sosial yönümlü kapitalizm forması ideyaları, demək olar ki, kapitalizm sisteminin təməlindən dövri olaraq yaranmışdır.[6] Bununla belə, "İnklüziv Kapitalizm" termininin istifadəsi hind iqtisadçısı, Miçiqan Universitetinin Korporativ Strategiya və Beynəlxalq Biznes professoru Koimbatur Krişnaraoya aid edilir və o, ilk dəfə 2005-ci ildə öz elmi işində bu termindən istifadə etmişdir. O, "Piramidanın dibində şans" adlı kitabının ön sözündə: "Niyə biz inklüziv kapitalizm yarada bilmirik?" sualını qeyd etmişdir.

İcrası[redaktə | mənbəni redaktə et]

2012-ci ildə Henri Cekson Cəmiyyəti 2007–2009-cu illər maliyyə böhranının təsirlərini yumşaltmaq və təkliflər hazırlamaq üçün həmsədr qismində EL Rotşild şirkətinin idarə direktoru Lin de Rotşildın[7] iştirakı ilə İnklüziv Kapitalizm Təşəbbüsü layihəsi üçün işçi qrupu yaratdı.[8] 2014-cü ilin may ayında Lin de Rotşild Londonda dünya investisiya aktivlərinin təxminən üçdə birinə nəzarət edən 250 korporativ və maliyyə lideri, o sıradan BVF-nin rəhbəri Kristin Laqard, III Çarlz, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Londonun lord-meri Fiona Vulf ilə birlikdə inklüziv kapitalizm mövzusunda konfransa ev sahibliyi etdi.[9][10] 2021-ci ilin fevralında Rokfeller Fondu Ford Fondu ilə birlikdə İnklüziv Kapital üçün Koalisiya konsepsiyasının istifadəyə verildiyini elan etdi — " Biznes, Hökumət və Amerika İşçiləri arasında Yeni Müqavilə ".[11]

Tərəfdarlar və əleyhdarları[redaktə | mənbəni redaktə et]

İnklüziv kapitalizm tərəfdarlarının fikrincə, onun prinsipləri bərabərsizliklə mübarizəyə, yoxsullara və orta sinfə iqtisadi imkanlar təqdim etməyə yönəlib.[12] PGIM (Prudential Financial- ın törəmə şirkəti) investisiya şirkətinin prezidentinin fikrincə, uzunmüddətli perspektivdə ən uğurlu şirkətlər inklüziv kapitalizmi tətbiq edən şirkətlərdir.[13] IMD-nin maliyyə professoru Arturo Brisa inklüziv kapitalizm ideyalarının BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə sıx kəsişdiyini[14] və daha dayanıqlı iqtisadi model yaratmaq üçün şirkətlərin məqsədləri yalnız mənfəət axtarışı ilə məhdudlaşmamalı olduğunu qeyd edir.[15]

İnklüziv kapitalizm ideyasının əleyhdarları kapitalist sisteminin inklüziv kapitalizmdə qeyd olunan məqsədlərə nail ola bilməyəcəyini təkid edirlər. Bu baxımından Moskva Dövlət Universitetinin professoru E. N. Vedut hesab edir ki, İnklüziv Kapitalizm üzrə Şuranın Manifestində qeyd olunan məqsədlərə kapitalist sisteminin azad bazar prinsipləri əsasında qurulması və onların həyata keçirilməsi üçün tələb olunan planlı iqtisadiyyata keçid, habelə iqtisadi fəaliyyətin genişləndirilməsi ilə birlikdə nail olmaq mümkün deyil. İnklüziv kapitalizm ideyasının özündə cəmlənmiş sosial komponent sosializmə aparır[16] və onların həyata keçirilməsi kapitalizmə qarşı qurulmuş digər modellər çərçivəsində mümkündür.[17] Yakobin jurnalının redaktoru və "Kapitalın Yeni Peyğəmbərləri" kitabının müəllifi Nikol Aşof qeyd edir ki, inklüziv kapitalizmin məqsədləri yalnız qısa müddətdə bəzi insanların həyatını yaxşılaşdıra bilər, onlar ümumi sistem problemlərini həll etmək üçün heç nə etmirlər.[18]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Орели М'Бида. "Тиджан Тиам - новый Страж инклюзивного капитализма Ватикана". The Africa Report.com (ingilis). 10 декабря 2020. 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  2. "Ватикан и крупнейшие в мире инвестиционные и бизнес-лидеры сформировали Совет по инклюзивному капитализму". infragreen.ru (rus). 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  3. "Открытие Совета по инклюзивному капитализму с Ватиканом". newsroom.bankofamerica.com (ingilis). Bank of America. 2021-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  4. "Стражи Совета по инклюзивному капитализму". www.inclusivecapitalism.com (ingilis). 2021-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  5. "Папа Римский призвал к построению «инклюзивного капитализма всеобщей заботы»". Церковно-Научный Центр "Православная Энциклопедия". 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.
  6. Тристан Кларидж. "Социальный капитализм. Капитализм и социальный капитал". Social Capital Research & Training (ingilis). 9 мая 2017 г. 2021-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-25.
  7. "Основной спонсор кампании Клинтон поддержала Маккейна". lenta.ru. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  8. "ВМЕСТО НАЦИОНАЛЬНЫХ ГОСУДАРСТВ – КОРПОРАЦИИ?". Яндекс Дзен (rus). 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-21.
  9. Ари Шапиро. "Встреча самых богатых людей мира, идеи о том, как распространять богатство". www.wnpr.org (ingilis). İstifadə tarixi: 2021-02-22.
  10. "ЛИНН ФОРЕСТЕР ДЕ РОТШИЛЬД ОСНОВАТЕЛЬ И ПРЕДСЕДАТЕЛЬ". www.coalitionforinclusivecapitalism.com (ingilis). 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-23.
  11. "Основа инклюзивного капитализма". Фонд Рокфеллера (ingilis). 3 февраля 2021 г. 2021-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-25.
  12. Томас Б. Эдсалл. "Могут ли капиталисты спасти капитализм?". The New York Times. 2015-01-21. 2021-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  13. Дэвид Хант. "Будет ли развитие инклюзивного капитализма во время COVID-19?". www.pgim.com (ingilis). 15 апреля 2020 г. 2021-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  14. Сара Джордж. "Ватикан созывает бизнес-гигантов, чтобы продвигать целенаправленный капитализм". edie.net (ingilis). 8 декабря 2020. 2021-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  15. Артуро Брис. "Инклюзивный капитализм: новая парадигма". Tribune de Genève (fransız). 2020-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  16. "Манифест инклюзивного капитализма: волки останутся сыты, а что с овцами?". regnum.ru (rus). 2021-02-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  17. "Проект КОВЧЕГ: — формирование социальной вакцины для повышения гражданского иммунитета". arkrus.org (rus). 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-22.
  18. Николь Ашоф. "Инклюзивный капитализм не работает и является опасной иллюзией". P2P Foundation (ingilis). 2015-08-10. 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-02-24.