Vatikan

Vatikan (lat. Vaticana; it. Vaticano) və ya rəsmi adı ilə Vatikan Şəhər Dövləti (lat. Status Civitatis Vaticanae; it. Stato della Città del Vaticano) — Cənubi Avropada şəhər-dövlət. Vatikan İtaliyanın paytaxtı Roma şəhərinin qərb hissəsində Monte-Vatikano adlanan təpə üzərində (xatırladaq ki, Roma şəhəri 7 təpə üzərində salınıb) yerləşən mikrodövlətdir. Ölkənin ümumi sahəsi 0.44 kvadrat kilometr və ya 44 hektar, əhalisinin sayı isə min nəfərdən çoxdur. Şəhər-dövlətin sərhədlərinin ümumi uzunluğu 2600 metrdir. Vatikan həm ərazisi, həm də əhalisinin sayına görə, dünya dövlətlərinin ən kiçik, eyni zamanda müstəqil və suveren ölkəsidir. Lakin Vatikanı daim dünyanın siyasi xəritəsində görmək mümkündür. Roma Papası tərəfindən idarə edilən teokratik monarxiya olan Vatikan 11 fevral 1929-cu il tarixində Roma Katolik kilsəsiİtaliya rəhbərliyi arasında imzalanmış Lüteran sazişi əsasında yaradılıb.[3] Belə kiçik ərazidə yerləşməsinə baxmayaraq, onun özünün 750 metr uzunluğunda dəmiryol xətti, vağzalı, poçt markaları, bayrağı himni, gerbi, polisi, hətta həbsxanası da var.[4]

Vatikan
lat. Status Civitatis Vaticanæ
it. Stato della Città del Vaticano
Bayraq Gerb[d]
Bayraq Gerb[d]
Rəsmi dilləri
Paytaxt Vatikan
İdarəetmə forması tamamilə teokratik Konstitusiyalı monarxiya
Roma Papası Fransisk
Dövlət Katibi Tarçizo Bertone
Qubernator Covanni Laylo
Sahəsi Dünyada 232-ci
 • Ümumi 0,44 km²
 • Əhali (226-cı)
 • Siyahıyaalma 111,111,122 nəf.
 • Sıxlıq 1884 nəf./km²
Valyuta avro
İnternet domeni .va
ISO kodu VA
Telefon kodu +39, +379[2]
Saat qurşaqları
Nəqliyyatın yönü sağ[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Vatikanda Müqəddəs Pyotr meydanı

Dövlət Azərbaycan rəsmi mənbələrində Müqəddəs Taxt-Tac adlanır.[5][6][7]

İtalyanlarisveçrəlilər üstünlük təşkil edir. Ənənəyə görə, Vatikan qvardiyası isveçrəlilərdən təşkil olunur.

Vatikanı böyük əminliklə açıq səma altında muzey adlandırmaq olar. Bütün şəhər divarlarla əhatə olunub. Vatikan vətəndaşları iki kateqoriyaya bölünür: Müqəddəs Taxta xidmət edənlər və Papanın şəxsi İsveçrə qvardiyası. Burada vətəndaşlıq nəsildən nəslə keçmir və təqaüdə çıxdıqda vətəndaşlıq geri alınır. Bir şəxs artıq Vatikan vətəndaşlığından çıxdıqda və başqa heç bir vətəndaşlığı olmadıqda ona İtaliya vətəndaşlığı verilir.

Vatikan Dövlətinin tarixi eramızdan 756-cı ilindən, yəni frankların kralı gödək Pipinin o vaxt ki, Papa İkinci Strfana Roma şəhərinin və onun ətrafını bağışladıqdan sonra başlanır. Bağışlanan ərazidə isə heç bir dövlətə tabe olmayan müstəqil Papa vilayəti yaradılmışdır. 1870-ci ilə qədər bu vilayət feodal dövlət şəklində idarə olunub. 1505-ci ildən başıayaraq Papalar şəxsi nühafizələr üçün İsveçrənin katolik kantonlarının (vilayətlərinin) sakinlərindən öz qvardiyaları üçün əsgərlər toplayaraq məbədi təqribən 10 ilə tikilib.

Vatikan mütləq teokratik (dini) monarxiya şəklində idarə olunur. Dövlətin başçısı 1978-ci ilin 16 oktyabrından İkinci İoann Paveldir. Katolik dininin rəhbəri kimi qəbul etdiyi ad və soyaddılr. Milliyətcə polyak olan İoann Pavelin əsl adı və soyadı Rarol Boytıladır.

Vatikan siyasətinin daşıyıcıları dini idarələrdir. Vatikanın özünün verdiyi məlumata əsasən 1998-ci ilin əvvəlləri üçün bütün dünyada 1,7 mln. nəfər din xadimi, o, cümlədən 400 min keşiş fəaliyyət göstərir. Bunlardan əlavə 2,0 mindən artılq dini təriqət (orden) katolik dinin yayılmasında gecə-gündüz fəaliyyət göstərir. Təriqətlər arasında ən geniş yayılanları fransiskanlar və yezuitlərdir. Vatikan, həmçinin dünyəvi təşkilatların, həmkarlar, qadın, gənclər və s. təşkilatların vasitəsilə də öz siyasətini yürüdür. Bu təşkilatların əksəriyyəti Vatikanın Baş Katibliyinə tabe olan Beynəlxalq katolik təşkilatı konfransının tərkibində fəaliyyət göstərir.

Beynəlxalq münasibətlər

[redaktə | mənbəni redaktə et]

Son illərdə Beynəlxalq münasibətlərdə Vatikanın rolu xeyli canlanmışdır. Buna təkan verən amil dövlət rəhbərliyinin, ilk növbədə papa İkinci İoann Pavelin siyasi dinamizmi olmuşdu. O, şəxsən aparıcı dövlət rəhbərləri ilə birbaşa münasibətlər, ünsiyyət yaratmağa müvəffəq olmuşdur. Vatikan rəhbərliyi beynəlxalq münasibətlərin ən mühüm istiqamətləri, yəni dünyanın ən ağrılı-acılı problemləri, kütləviu qırğın silahlarının tam ləğvi, regional münaqişələrin dinc yolla həll olunmasına, ətraf mühitin qorunması kimi məsələlərdə konstruktiv mövqedən çıxış edir. Papanın Latın Amerikası, Afrika, Asiya ölkələrinə tez-tez baş verən səfərləri buna misaldır.

Müqəddəs taxt dünyanın 174 ölkəsi ilə diplomatik münasibətləri dəstəkləyir. Bununla yanaşı, Vatikan 15 beynəlxalq təşkilatın üzvüdür.

Vatikanda 1603-cü ildə yaradılmış Papa Elmlər Akademiyası fəaliyyət göstərir. Birbaşa Papaya tabe olan bu elm ocağı fizika, riyaziyyattəbiət elmləri sahəsində aparılan tədqiqatlara öz vəsaiti ilə kömək göstərir. Riyaziyyat və təbiət elmləri sahəsində böyük elmi-təcrübi nailiyyətlər əldə etmiş mütəxəssislər Papa tərəfindən Papa akademiki kimi şərəfli ada layiq görülür. Hazırda dünyanın 20 ölkəsindən 70 alim Papa akademiki adını daşıyır.

Vatikan muzeyləri

[redaktə | mənbəni redaktə et]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]

Vatikan qeyri-kommersiya iqtisadi planına sahibdir. Daha doğrusu ölkənin əsas gəlir mənbəyi bütün dünyadan olan katolikərin ianələri, turizm və suvenirlərin satışıdır. Ölkənin illik büdcəsi təqribi olaraq 310 milyon dollar olaraq qiymətləndirilir. Vatikan dünyanın ən böyük maliyyə mərkəzi, aksiya (qiymətli kağız) və kapital sahibidir. O, Ceneral Motors, Şell, Qalf oyl, Ceneral Elektrik və başqa nəhəng inhisarların buraxdıqları aksiyaların bir qisminin sahibidir. Vatikan ABŞ-nin, Böyük Britaniyanın, İtaliyanın iri bankıarı ilə əlaqədardır. Ölkədə olan aksiyaların və başqa qiymətli əşyaların, o cümlədən qızıl ehtiyatı da daxil olmaqla dəyəri 13 milyard ABŞ dollarından artıqdır. Vatikan eyni zamanda İtalya, İspaniya, Almaniya, Latın Amerikasının əksər ölkələrində iri torpaq, mülk sahibkarıdır. Katolik kilsəsinin və ayrı-ayrı adamların Vatikana göndərdikləri ianə ilə yanaşı dünya ailatelistləri üçün qiymətli marka, nymuzmatları üçün pul buraxmaqdan da böyük həcmdə gəlir əldə edir.

Vatikan dünyanın müxtəlif ölkələrində 100-dən artıq qəzetjurnal çap etdirir. Vatikan radiosu dünyanın 32 dilində verlişlər aparır. Ölkədə informasiya agentliyi və xüsusi teleproqramlar hazırlayan mərkəz mövcuddur.

  1. autori vari Vaticano, Stato della Città del // Enciclopedia Treccani (it.). Istituto dell'Enciclopedia Italiana, 1929.
  2. https://www.itu.int/dms_pub/itu-t/opb/sp/T-SP-E.164D-11-2011-PDF-E.pdf.
  3. http://banker.az/vatikan[ölü keçid] haqqinda-/Vatikan: ən kiçik ölkə haqqında bilmədiklərimiz
  4. C. Məmmədov, T. Gərayzadə "Qərbi Avropa dovlətləri", Bakı, Elm, 2001
  5. "Müqəddəs Taxt-Tac". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  6. "Azərbaycan Müqəddəs taxt-tacda səfirlik açır". 2023-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.
  7. "İlham Əliyev Müqəddəs Taxt-Tacın Azərbaycanda yeni təyin olunmuş apostol nunsisinin etimadnaməsini qəbul edib". 2022-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]