İnnovasiya menecmenti

İnnovasiya menecmentinin bir çox tərifi mövcuddur:

1) İnnovasiya menecmenti — məhsul, biznes prosesi, marketinq, texnologiya, material və komponentlər nəzəriyyəsinə dair dünya, ölkə və ya konkret bir region üçün yeni olan ideyaların maksimum mənfəəət əldə etmək və biznes sistemlərinin ümumi strategiyası çərçivəsində risklərin optimallaşdırılması məqsədilə kommersiya layihəsinə çevrilməsi prosesidir[1]

2) İnnovasiya menecmenti — yaradıcı fəaliyyətin yeni, yaxud təkmilləşdirilmiş məhsul və ya praktik tətbiq oluna bilən və müəyyən ehtiyacları təmin etməyə qadir texnologiya şəklində təcəssüm olunan son nəticəsidir. Başqa sözlə, innovasiya – istehlakçıların müəyyən tələblərini təmin etmək üçün yeni ideya və biliklərin praktik istifadəsi məqsədilə onların həyata keçirilməsinin nəticəsidir[2]

3) İnnovasiya menecmenti – prinsipial olaraq yeni və modifikasiya olunmuş vasitənin (yeniliyin) yaradılmasının və istifadəsinin (tətbiqinin) yekun nəticəsidir, hansı ki, rəqabətli ictimai tələbatı təmin edir və bir sıra nəticələr (iqtisadi, elmi-texniki, sosial, texnoloji) verir[3]

4) İnnovasiya menecmenti – iqtisadi mənfəəti təmin edən, bu cür mənfəət üçün şərait yaradan, yaxud məhsulun (əmtəə, iş, xidmət) istehlak xüsusiyyətlərini yaxşılaşdıran yeni, yaxud təkmilləşdirlmiş məhsul (əmtəə, iş, xidmət), onun istehsal və ya tətbiq olunması qaydasıdır (texnologiyasıdır), istehsalın təşkili və ya iqtisadiyyatı, yaxud məhsulların satışı sahəsində yeniliklər və ya təkmilləşdirmələrdir

5) İnnovasiya menecmenti – yeni növ əmtəələrin, istehsalın yeni qayda və metodlarının, yeni xammal mənbələrinin tətbiqi və istifadəsi, yeni bazarların, istehsalın təşkilinin yeni formalarının (inhisara alma məqsədilə yenidən təşkil etmə) mənimsənilməsi məqsədilə istehlakçı ruhu ilə motivasiya olunmuş istehsal amillərinin dəyişilməsidir (yeni kombinasiyalarıdır) [1] [5].

6) İnnovasiya menecmenti – sahibkarların xüsusi alətidir, hansı ki, bu vasitədən onlar dəyişiklikləri yeni növ biznes, yaxud xidmət həyata keçirmək üçün şans kimi istifadə edirlər. İnnovasiya — əvvəllər mövcud olmayan yeninin işlənib hazırlanması və tətbiqidir, onun köməkliyi ilə köhnə, məlum elementlər müvafiq biznesin iqtisadiyyatına yeni forma verir [6] …

İnnovasiya menecmenti haqqında ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İnnovasiya menecmentinin obyektləri innovasiya və innovasiya prosesidir.

İnnovasiya prosesi – innovasiyaların yaradılması, mənimsənilməsi, yayılması və istifadəsi prosesidir. Həmçinin, məhsul (əmtəə) ilə bağlı innovasiya prosesi ideyanın fundamental və tətbiqi tədqiqatlar, konstruktor işləri, marketinq, istehsal, satış mərhələləri vasitəsilə ardıcıl olaraq əmtəəyə çevrilməsi prosesi kimi müəyyən edilə bilər.

Geniş şəkildə innovasiyalar məhsul, texnoloji, təşkilati və inzibati innovasiyalara bölünə bilər. Sonuncu innovasiyalar əksər hallarda həm məhsul, həm də texnoloji innovasiyaları tətbiq edərkən qaçılmazdır. İnnovasiyaların aşağıdakı əlamətlərə görə təsnifatı məlumdur: yayılma, istehsal tsiklində yer, davamlılıq, bazarı əhatə dairəsi, yenilikçilik dərəcəsi və innovasiya potensialı.

İnnovasiya menecmentinin vəzifələri

[redaktə | mənbəni redaktə et]
  • Təşkilatın innovasiya fəaliyyətinin planlaşdırılması;
  1. Missiyanın düzgün formalaşdırılması (təşkilatın fəaliyyətinin innovasiyaya yönəldilməsi).
  2. İnnovasiya fəaliyyətinin strateji istiqamətlərinin müəyyənləşdirilməsi və onların hər birinin qarşısına məqsəd qoyulması.
  3. İnnovativ inkişaf strategiyasının hər bir istiqaməti üçün optimal seçimin edilməsi.
  • İnnovasiya fəaliyyətinin təşkili;
  • İnnovasiya fəaliyyətinin iştirakçılarının motivasiyası;
  • İnnovasiya fəaliyyətinin nəticələrinin sistematik qiymətləndirilməsi;
  • Yeni olan hər bir şeyin rasional istifadə edilməsi.

İnnovasiya fəaliyyətinin strategiyası

[redaktə | mənbəni redaktə et]

İnnovasiya fəaliyyətinin 20-dən çox istiqaməti mövcuddur. Onlardan bəziləri aşağıdakılardır [7]:

  • Texnoloji innovasiyalar
  • Məhsul innovasiyası
  • Xidmət innovasiyası
  • Biznes modelinin innovasiyası
  • İstehsalın səmərəliliyinin artırılması innovasiyası
  • Resursların (aktivlərin) istifadəsi innovasiyası
  • Tələbat innovasiyası
  • Dizayn innovasiyası
  • Marketinq innovasiyası
  • Açıq innovasiya, məsələn, "Vikipediya" portalı [8].
  • Друкер, Питер Фердинанд. Бизнес и инновации. — М.: "Вильямс", 2007. — С. 432. — ISBN 0-88730-618-7.
  • Жданкин Н. А. Инновационный менеджмент / рецензент: д.э.н. проф. В. И. Чалов. — М.: КноРус, 2017. — 362 с. — 500 экз. — ISBN 978-5-406-04985-3.
  • Жемчугов М. К. Инновационный подход к сбалансированной системе показателей // Российское предпринимательство. — 2010. — № 2.
  • Гершман М. А. Инновационный менеджмент. — М.: Маркет ДС, 2008. — 200 с. — ISBN 5-7958-0150-6.
  • Рукавицына М. Н. Основы инновационного менеджмента. Учебное пособие..
  • Харгадон Эндрю. Управление инновациями. Опыт ведущих компаний = How Breakthrouths Happen. The Surprising Truth About How Companies Innovate. — М.: "Вильямс", 2007. — С. 304. — ISBN 1-57851-904-7.
  1. "Шеметев А. А. Международные стандарты инновационного менеджмента Учебное пособие (для студентов вузов и авангардных преподавателей)" (PDF). 2018-01-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-25.
  2. А. В. Сурин, О. П. Молчанова Инновационный менеджмент: Учебник. — М.: ИНФРА-М, 2008. — 368 с. — (Учебники факультета государственного управления МГУ им. М. В. Ломоносова).
  3. "Д.В. Соклов, А.Б. Титов, М.М. Шабанова. Предпосылки анализа и формирования инновационной политики. — 2015". 2017-04-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-07-25.