İnqa Yankauskayte (tam adı: İnqa Yankauskayte, lit. Inga Jankauskaitė; 10 yanvar 1981, Kaunas[1]) — Litva aktrisası, müğənnisi və piano ifaçısı.
İnqa Yankauskayte | |
---|---|
lit. Inga Jankauskaitė | |
Doğum tarixi | 10 yanvar 1981 (43 yaş) |
Doğum yeri |
|
Fəaliyyəti | müğənni, aktrisa |
Vikianbarda əlaqəli mediafayllar |
İnqa Yankauskayte 10 yanvar 1981-ci ildə Litvanın Kaunas şəhərində anadan olmuşdur. Kauno fonas və Ultra vires radiostansiyalarında radio DJ işləmişdir. 1997-ci ildə Yuozas Nauyalis adına Musiqi Akademiyasından məzun olduqdan sonra 1999-2002-ci illərdə və 2004-2005-ci illərdə Litva Musiqi və Teatr Akademiyasında təhsil almışdır.
L+ musiqi qrupunun üzvü olub. 2007-ci ildə Žvaigždžių duetai televiziya realiti şousunda iştirak etmiş İnqa Yankauskayte partnyoru Çeslovas Qabalislə birlikdə ikinci yeri tutmuşdur. Dviračio šou satirik xəbərlər verilişində "sarışın qız" obrazını oynamışdır. Hazırda İnqa Yankauskayte eyni zamanda həm Səs Litva verilişində münsiflər heyətinin üzvü, həm də Žvaigždžių duetai (Ulduzların duetləri) televiziya verilişində aparıcıdır.[2]