İnqi Vaher (est. Ingi Vaher; 31 may 1930, Tallin – 24 oktyabr 1999) — Estoniya və Sovet şüşə rəssamı və qravüraçısı. Estoniyadakı Tarbeklaas şüşə fabrikinin şüşə rəssamı.
İnqi Vaher | |
---|---|
est. Ingi Vaher | |
Doğum tarixi | 31 may 1930 |
Doğum yeri | Tallin, Estoniya |
Vəfat tarixi | 24 oktyabr 1999 (69 yaşında) |
Vəfat yeri | Tallin, Estoniya |
Vətəndaşlığı |
SSRİ Estoniya |
Fəaliyyəti | incəsənət xadimi, dizayner, qravüraçı, glass artist |
Təhsili |
Estoniya Rəssamlıq Akademiyası A.L.Stiqlits adına Sankt-Peterburq İncəsənət və Sənaye Akademiyası |
Vikianbarda əlaqəli mediafayllar |
İnqi Vaher 31 may 1930-cu ildə Tallinndə anadan olub. İlk təhsilini doğma şəhərində alıb.[1]
O, Estoniya SSR Dövlət İncəsənət İnstitutunda Maks Roosmanın rəhbərliyi altında şüşənin bədii emalı fakültəsində təhsil alıb. İnqi Vaher institutu bitirdikdən sonra tələbə yoldaşı Məryəm Maasikas ilə birlikdə Tarbeklaas şüşə zavoduna oymaçı kimi işə qəbul olunub. Çünki zavodda rəssamlar üçün ştat nəzərdə tutulmamışdı. Zavod bədii zövqlü şüşə məmulatları hazırladığından onun yüksək ixtisaslı qravüraçılara ciddi ehtiyacı var idi. Çünki adi ustalar yox, yalnız onlar mürəkkəb tapşırıqların öhdəsindən gələ bilirdi.
İnqi Vaçer 1955-1965-ci illərdə fabrikdə əvvəlcə qravüraçı, 1960-cı ildə isə fabrikdə rəssam kimi çalışıb. 1965-1969-cu illərdə Leninqradda V.Muxin adına Ali Rəssamlıq və Sənaye Məktəbinin aspiranturasında təhsil alıb. 1966-1989-cu illərdə İnqi Vaher ESSR Nazirlər Sovetinin sənaye şöbəsində işləyib.[2]
İnqi Vaher 24 oktyabr 1999-cu ildə vəfat edib.[1] O, Tallinndəki Siselinna kompleksindəki Vana-Kaarli qəbiristanlığında dəfn olunub.[3]
Tarbeklaas şüşə zavodunda işinin ilk illərində İnqa Vaherin vəzifələrinə bəzəkləri böyük bacarıq tələb edən seriyalı məhsulların oyma işləri daxil idi. İnqi Vaher iri vazalar üzərində oyma rəsmlər çəkirdi. Onun bu işləri 1958-ci ildə Brüsseldə keçirilən Ümumdünya Sərgisində nümayiş etdirilib.[4]
Bundan əlavə, o, zavodda rəsmən rəssam olmamışdan əvvəl öz dizaynları əsasında məhsullar yaratmaq üzərində işləməyə başladı. Onlardan birincisi artıq 1950-ci illərin ikinci yarısında Tarbeklaas şüşə zavodunda istehsal edilirdi.[2]
İnqi Vaherin nisbətən qısa müddət ərzində Tarbeklaasda işləməsinə baxmayaraq, onun Estoniya şüşəqayırma tarixinə verdiyi töhfə əhəmiyyətlidir.[5] Tarbeklaas şüşə zavodunda baş rəssam Helqa Kırqenin rəhbərliyi ilə [[Məryəm Maasikas] və İnqi Vaher vahid komanda yaradaraq çalışıblar. Onlar Tarbeklaas zavodunun məhsulları üçün fərdi, tanınan bir üslub hazırlayıblar. Tədqiqatçıların fikrincə, bu, həm də Estoniyada müasir bədii şüşə istehsalının inkişafı üçün təkan rolunu oynayıb. Sənətşünaslıq doktoru Dina Malova İkinci Dünya müharibəsindən sonra Eston şüşə istehsalı sahəsinə rəssamların kütləvi gəlməsinin bu sahəyə bədii zövq gətirdiyini bildirir: "1950-ci illərin ortalarında vəziyyət dəyişməyə başladı... zavoda gənc rəssamlar - Helqa Kırke, Məryəm Maasikas, İnqi Vaher və Voldemar Soyver gəldi. Onların məhsulları daha zövqlü etmək istəyi 1960-cı illərin əvvəllərində, məhsulların əksəriyyətinin öz eskizlərindən yaradıldığı zaman bəhrəsini verdi".[6]
İnqa Vaherin dizayn etdiyi məhsullar formalarının və dekorlarının sadəliyi və zərifliyi, eləcə də tamaşaçı istəyi ilə seçilir. İnqa Vaherin imzası olan əsərlərdən biri də 1950-ci illərin sonu və 1960-cı illərin əvvəllərində şüşə sapla bəzədilmiş hisə verilmiş və süd şüşəsinin döymə texnikasından istifadə edilməklə hazırlanmış bir sıra vaza və qablardır. Bu əsərlər silsiləsi Estoniyada studiya şüşəsi tarixinin başlanğıcı hesab olunur.
Onun digər məşhur əsərləri arasında çiçək üçün vazalar, "Tulp" (est. "Tulp" - lalə) və "Rita" (est. "Rita") qədəh dəstləri, "Koit" (est. "Koit" - şəfəq) "Eun" (est. "Õun" - alma) nahar dəstləri.
2015-ci ildə Olustveredə İnqa Vaherin əsərlərindən ibarət sərgi keçirilib. Sərgidə onun 1955-ci ildən 1974-cü ilə qədər yaratdığı şüşə əsərləri nümayiş olunub.[2]
2016-cı ildə Estoniya Tətbiqi Sənət Muzeyində Tarbeklaas şüşə zavodunun məhsullarından ibarət “Yerli gözəllik. Tarbeklaas" sərgisi keçirilib. Sərgidə zavodda çalışan bütün rəssamlarının əsərləri daxil 954 əşya, o cümlədən İnqa Vaherin işləri də nümayiş olunub.[7]. Sərgi əsasında geniş oxucu kütləsi üçün məişət qabları və bədii şüşə məmulatların mənşəyi və müəllifləri haqqında məlumat əldə etməyə imkan verən kataloq kitabı nəşr edilib.[8]