Helqa Kırqe (est. Helga Kõrge, 1955-ci ilə qədər Helqa Teltma est. Helga Teltma ; 28 iyun 1926, Rakvere – 26 aprel 2012) — Estoniya və Sovet şüşə rəssam. Kırqe karyerasının böyük hissəsini Estoniyadakı Tarbeklaas şüşə zavodunda çalışaraq keçirib. Burada baş rəssam olduğu müddətdə, bədii şüşə istehsalı sahəsində yaradıcılıq məktəbini yaradanlardan biri olub.
Helqa Kırqe | |
---|---|
est. Helga Kõrge | |
Doğum tarixi | 28 iyun 1926 |
Doğum yeri | Rakvere, Estoniya |
Vəfat tarixi | 26 aprel 2012 (85 yaşında) |
Vəfat yeri | Tallin, Estoniya |
Vətəndaşlığı |
Estoniya SSRİ Estoniya |
Fəaliyyəti | incəsənət xadimi, dizayner, qravüraçı, glass artist |
Təhsili | Estoniya Rəssamlıq Akademiyası |
Janr | bədii şüşə |
Vikianbarda əlaqəli mediafayllar |
Helqa Kırqe 1953-cü ildə Estoniya SSR Dövlət Rəssamlıq İnstitutunu bitirib.[1] İnstitutu bitirdikdən sonra bir çox tələbələr kimi Tarbeklaas şüşə zavoduna oymaçı kimi göndərilib. Çünki o dövrdə zavodda rəssamlar üçün ştat nəzərdə tutulmamışdı. Zavod bədii zövqlü şüşə məmulatları hazırladığından onun yüksək ixtisaslı qravüraçılara ciddi ehtiyacı var idi. Çünki adi ustalar yox, yalnız onlar mürəkkəb tapşırıqların öhdəsindən gələ bilirdi. Helqa Kırqe Tarbeklaas şüşə zavodunda 1981-ci ildə təqaüdə çıxana qədər çalışıb.
Zavodda çalışdığı 30 il ərzində o, 500-dən çox məhsul nümunəsi yaradıb.[1][2] 1960-1981-ci illərdə Helqa Kırqe Tarbeklaas şüşə zavodunda baş rəssam vəzifəsində çalışıb.[1] Tarbeklaas şüşə zavodunda baş rəssam Helqa Kırqenin rəhbərliyi ilə Məryəm Maasikas və İnqi Vaher vahid komanda yaratdılar. Onlar Tarbeklaas zavodunun məhsulları üçün fərdi, tanınan bir üslub hazırlayıblar.
Tədqiqatçıların fikrincə, bu, həm də Estoniyada müasir bədii şüşə istehsalının inkişafı üçün təkan rolunu oynayıb. Sənətşünaslıq doktoru Dina Malova İkinci Dünya müharibəsindən sonra Eston şüşə istehsalı sahəsinə rəssamların kütləvi gəlməsinin bu sahəyə bədii zövq gətirdiyini bildirir: "1950-ci illərin ortalarında vəziyyət dəyişməyə başladı... zavoda gənc rəssamlar - Helqa Kırke, Məryəm Maasikas, İnqi Vaher və Voldemar Soyver gəldi. Onların məhsulları daha zövqlü etmək istəyi 1960-cı illərin əvvəllərində, məhsulların əksəriyyətinin öz eskizlərindən yaradıldığı zaman bəhrəsini verdi".[3]
Sənətşünas V.F.Rojankovski Helqa Kırqenin yaradıcılığından danışarkən onu "bədii nümunənin bütün digər hissələrinin tabe olduğu mərkəzi obyektin böyük formalarına və ifadəli siluetlərinə can atan müəllif" kimi səciyyələndirilir.[4]
Helqa Kırqe 26 aprel 2012-ci ildə vəfat edib. O, Tallinin Metsakalmistu qəbiristanlığında (dövlət tərəfindən qorunan ərazi) dəfn olunub.[5]
Helqa Korqenin əsərləri Estoniya Tətbiqi Sənət Muzeyində və Tallin Şəhər Muzeyində saxlanılır.
2016-cı ildə Estoniya Tətbiqi Sənət Muzeyində Tarbeklaas şüşə zavodunun məhsullarından ibarət “Yerli gözəllik. Tarbeklaas" sərgisi keçirilib. Bu sərgidə zavodun bütün rəssamlarının əsərləri, o cümlədən Helqa Kırqenin əsərləri nümayiş olunub. Sərgi əsasında geniş oxucu kütləsi üçün məişət qabları və bədii şüşə məmulatların mənşəyi və müəllifləri haqqında məlumat əldə etməyə imkan verən kataloq kitabı nəşr edilib.[6]
2020-ci ildə Yarvakandi Şüşə Muzeyi Helqa Kırqenin həyatı və yaradıcılığı haqqında kitab nəşr edib. [7][8]