İnqilab Nəsirov

İnqilab Maşallah oğlu Nəsirov (3 sentyabr 1963, Kolanı, Şahbuz rayonu6 yanvar 2021) — Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.

İnqilab Nəsirov
Şəxsi məlumatlar
Doğum tarixi 3 sentyabr 1963(1963-09-03)
Doğum yeri
Vəfat tarixi 6 yanvar 2021(2021-01-06) (57 yaşında)
Vəfat səbəbi COVID-19

İnqilab Nəsirov 3 sentyabr 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kolanı kəndində anadan olmuşdur. 1980–1981-ci illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1981–1983-cü illərdə hərbi xidmətdə olmuşdur. 1983–1986-cı illərdə 26 Bakı Komissarı adına sovxozda fəhlə işləmişdir. 1986-cı ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, 1991-ci ildə həmin universiteti bitirmişdir.

1991–1992-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 14 saylı hüquq məsləhətxanasında stajor vəkil, 1992–1994-cü illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı 14 saylı hüquq məsləhətxanasında vəkili, 1994–1997-ci illərdə Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı 4 saylı hüquq məsləhətxanasında vəkil, 1997–2001-ci illərdə Bakı şəhəri 4 saylı hüquq məsləhətxanasının müdiri, 1998–2001-ci illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü, 2001–2003-cü illərdə Səbail Rayon Məhkəməsinin sədri, 2003–2004-cü illərdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi, 2004–2007-ci illərdə Azərbaycan Respublikası Apelyasiya Məhkəməsi sədrinin müavini, 2005–2007-ci illərdə Məhkəmə-Hüquq Şurasının üzvü, 2007–2010-cu illərdə isə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin sədri vəzifələrində çalışmışdır.[1]

2011-ci ilin yanvar ayının 1-dən Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimidir.

Ailəlidir, 2 övladı var.

06.01.21 tarixində covid-19'a yoluxması nəticəsində dünyasını dəyişmişdir.[2]

  1. İyulun 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
  2. "Arxivlənmiş surət". 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-03.