Kolanı (Şahbuz)

KolanıAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1]

Kolanı
39°27′06″ şm. e. 45°40′56″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Muxtar respublika Naxçıvan MR
Rayon Şahbuz rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 1751 (2010) nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ 7114
Xəritəni göstər/gizlə
Kolanı xəritədə
Kolanı
Kolanı

Kolanı - Şahbuz rayonunda kənd. Rayonun mərkəzindən 10 km-ş.-də, Yevlax-Laçın-Naxçıvan avtomobil yolunun kənarında. Naxçıvançayın (Arazın qolu) sahilindədir. Əh. 1607 nəfər (2000): bağçılıqheyvandarlıqla məşğuldur.[2]

Naxçıvançayın sahilində, ortadağlıq qurşqdadır. Kolanılar qədim türk tayfalarındandır. XVIII əsrin ortaları - XIX əsrin birinci yarısında Qarabağ xanlığında yaşayan kolanıların ərazisi Kolanı mahalıadlanırdı. XIX əsr Azərb. tarixçisi Mirzə Adıgözəl bəy Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı hövzəsini kolanıların məskəni adlandırırdı. XIX əsrdə Cavad qəzasında 282 ailəli Kolanı eli yaşayırdı. Sonralar onlar müxtəlif yerlərdə məskunlaşmışlar. Mənbələrə görə, Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumu zamanı Qarabağ elatlarının bir qismi, o cümlədən kolanılar köçüb Naxçıvanda, Şirvanda və b. yerlərdə məskunlaşmışlar.[3]

İnzibati ərazi

[redaktə | mənbəni redaktə et]

Kolanı - Şahbuz rayonunda eyni adlı kəndin işərisində orta əsrlərə aid yaşayış yeri. 1990-cı ildə qeydə alınmışdır. Şahbuzdan 9500 m. Axtarışlar zamanı dağıdılmış tikinti qalıqları, boz və çəhrayı rəngli gil məmulatı (küpə və kasa tipli qab qırıqları və s. aşkar edilmişdir. Hazırda yaşayış yerindəki təpənin üstündə böyük məscid tikilmişdir. Tapıntılar 5-8 əsrə aid edilir.

Kolanılar - türk tayfası. Tədqiqatçıların ehtimalına görə, Kolanılılar xanlıqlar dövründə (18 yüzilliyin 1-ci yarısında) İran hökmdarı Nadir şah Əfşar Xorasandan köçürülmüşdür. Qarabağ xanlığının tərkibində Kolanı mahalı vardı. Naxçıvanda,Qarabağda, ŞirvandaAzərbaycanın dögər bölgələrində yaşamış Kolanılar əzasən, maldarlıqla məşğul olmuşlar. Naxçıvan MR-nın Şahbuz rayonundakı Kolanı kəndin adı Kolanılarla əlaqədardır.

Əhalisi 1751 nəfərdir.[4]

Orta məktəb, musiqi məktəbi, mədəniyyət evi, kitabxana, xəstəxana, uşaq bağçası, rabitə şöbəsi var. Kənddən bir qədər aralıda Söyüdlü, c.q.-ndə isə Quzey orta əsr yaşayış yerləri və qəbiristanlıq var.

  1.   Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. Naxçıvan Ensiklopediyası. Bakı 2002. s. 237
  3. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. Bakı: Şərq-Qərb. 2007.
  4. Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.