Kiloqram (şərti işarəsi: azərb. kq, beyn. kg) — kütlə vahidi. Beynəlxalq vahidlər sistemində yeddi əsas vahiddən biri. 1 kiloqram 1000 qrama bərabərdir.
Kiloqram | |
---|---|
Ümumi məlumatlar | |
Ölçdüyü anlayış | kütlə[1][2] |
Simvolu | kq |
Adını daşıyır | kilo, qram |
Vikianbarda əlaqəli mediafayllar |
Kiloqramın qüvvədə olan tərifi 1901-ci ildə Ölçü və çəki üzrə III Baş konfransda qəbul edilmişdir və aşağıdakı kimidir.[3][4]:
Kiloqram, beynəlxalq kiloqram prototipinə bərabər olan kütlə vahididir.
Kiloqramın beynəlxalq prototipi (etalon) Beynəlxalq çəki və ölçü bürosunda (Paris ətrafındakı Sevrdə) saxlanılır və diametri ilə hündürlüyü 39,17 mm olan platin-iridium xəlitəsindən (90% platin, 10% iridium) ibarət silindrdir.