İnquşetiya Milli Kitabxanası

İnquşetiya Milli Kitabxanası – 1993-cü ildə yaradılmış, Nazran şəhərində yerləşən, respublikanın aparıcı kitabxanası.

İnquşetiya Milli Kitabxanası
Inquşetıya Respublıkasının Milli Kitabxanası
Ümumi məlumatlar
Ölkə İnquşetiya Rusiya Rusiya
Yaradılıb 1993
Digər məlumatlar
Direktor Qazdiyeva Tsaeş Abdullayevna
Sayt nbri.ru

Haqqında[redaktə | mənbəni redaktə et]

C.X.Yandiyeva adına İnquşetiya Respublikasının Milli Kitabxanası 1993-cü ildə yaradılmışdır. İnquşetiyanın Nazran şəhərində yerləşən respublikanın bu aparıcı kitabxanası, universal kitabsaxlayıcısı, mədəniyyət, təhsil və informasiya mərkəzi, həmin ərazinin kitabxanalarının elmi-metodik işinin və diyarşünaslıq fəaliyyətinin mərkəzidir.

2003-cü ildə fondu 88 min nüsxə olmuşdur. İnquş Respublikası ərazisində çap olunan bütün məhsullar vasitəsilə fondunu zənginləşdirir.

MK-nın əsas fəaliyyət istiqamətlərindən biri də yerli mətbuatın fondunun formalaşdırılması və mühafizəsidir. [1]

Kitabxananın baş direktoru Qazdiyeva Tsaeş Abdullayevnadır. Baş direktorun elmi işlər üzrə müavini Pliyeva Maret Moçkiyevnadır.[2]

Газдиева Цаэш Абдуллаевна

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Kitabxana Ensiklopediyası. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, M.F.Axundzadə adına Milli Kitabxana. Bakı. 2015. s.305
  2. "Национальная библиотека Республики Ингушетия им. Дж.Х. Яндиева". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-16.