İnsa - dong

İnsa-dong (kor: 인사동,çin: 仁寺洞) a Koreya Respublikası Seul şəhəri Jongno-guda yerləşən hüquqi inzibati ərazidir. İnzibati ərazi olan Jongno-dong ərazisinin aşağı hissəsində yerləşir və İnsa-dong kəsişməsindən Anguk-dong dairəvi yolundan başlayaraq Jongno 2-gadakı Tapgol Parkına qədər olan ərazini əhatə edir. Əsas küçə Coson sülaləsi dövründən formalaşmış uzunluğu 0,7 km və eni 12 m olan İnsadong-gildir.[1] Hazırkı İnsadong-gil 2000-ci ildə memar Kim Jin Ae-nin layihəsi ilə yenidən qurulmuşdur. Seulun əsas şəhər yolları ilə əlaqəlidir, ,Çongyeçon və Gyonbokqunq Sarayı kimi böyük turistik məkanlara yaxındır.

İnsa-dong, Coson sülaləsi dövründən başlayaraq təxminən 600 ildir ki, Seulun əsas küçəsi sayılır. Yapon müstəmləkə dövründə əsasən yaponları əsas götürərək antik əşyaların ticarəti ilə məşğul olan bazar formalaşmış, 1970-ci ildən başlayaraq qalereya, yazı fırçaları satan mağaza və kağızçılar meydana çıxmağa başlamışdı. İnsa-dong əcnəbilər üçün məşhur alış-veriş mərkəzi olmaqla yanaşı, eyni zamanda Məryəm Xiyabanı (Mary's Alley) olaraq da tanınır.

İnsa-dongda bir çox antik mağaza var. Qiymətlər 10.000 vondan milyonlarla vona qədər dəyişir. Demək olar ki, hər mağazada köhnə kitablar və ya şəkillər, xəttatlıq işləri, suvenirlər, keramika, taxta məhsullar, zərgərlik əşyaları və s. satılır. Şilla dövründəki saxsı qablardan tutmuş, Coson sülaləsi dövründəki ağ çini kimi müxtəlif əşyalar vardır. İnsa-dong Yaponiya, Çin, Fransa, Amerika Birləşmiş Ştatları və bir sıra xarici ölkələrdən gələn turistlərin ziyarət yeridir. Xüsusilə yaz və payız fəsillərində İnsa-dongu ziyarət edən turistlərin sayı pik nöqtəyə çatır. Bənzərsiz və gözəl əşyaların satıldığı 3-4 mərtəbəli İnsa-dong Ssamji-gil binası da burada yerləşir.

Qəza və hadisələr

[redaktə | mənbəni redaktə et]

Kommersiya problemi

[redaktə | mənbəni redaktə et]

İnsa-dongun turistik küçə olaraq məşhurlaşması ilə oranı ziyarət edən insanların sayı artmağa başladı və bununla da imtiyazlı mağaza və ya ənənəvi mədəniyyətlə əlaqəsi olmayan müəssisələrin sayı artdı. Bu səbəbdən İnsa-dongun özünəməxsus koloritini itirdiyi deyilir. Həmçinin İnsa-dongdakı məhsulların 90% -nin Çin istehsalı olduğuna dair statistika da mövcuddur.[2]

Restoranda yanğın hadisəsi

[redaktə | mənbəni redaktə et]

17 Fevral 2013-cü il tarixində axşam İnsa-dongdakı Jongno Tower yaxınlığında yerləşən bir restoranın 3-cü mərtəbəsində yanğın baş vermiş və əsasən taxta tikililərdən ibarət 19 mağaza tamamilə yanıb kül olmuşdu. Yanğının səbəbinin qəsdən yandırma olduğu məlum olmuş və Doqsuqunq sarayının əsas qapıları sayılan Dehanmunun yanındakı Ssangyong Motor düşərgəsində qəsdən yandırma hadisəsində şübhəli olan An soyadlı şəxs istintaq zamanı yanğını bilərək törətdiyini etiraf etmişdir.[3]

  1. 네이버 캐스트 - 인사동
  2. ‘인사동의 향기’ 몽마르트르까지…, 문화일보, 2006.4.27.
  3. "술 마시면 환청"…인사동 방화 Arxivləşdirilib 2019-06-30 at the Wayback Machine, MBN 2013.3.8.
  • hiinsa.com — 문화지구 인사동 rəsmi saytı