İnsan qaçaqmalçılığı

İnsan qaçaqmalçılığı və ya immiqrant qaçaqmalçılığı (qanunsuz köç kimi də tanınır[1]) — Amerika Birləşmiş Ştatlarının mövcud qanunlarına əsasən, “bir və ya bir qrup şəxsin bir və ya bir neçə ölkənin qanunlarını pozaraq, beynəlxalq sərhədlərdən gizli bir şəkildə keçməklə və ya saxta sənədlərdən istifadə etməklə, yaxud aldatma yolu ilə qeyri-qanuni formada ölkəyə daxil olması və ya bu işə şəraitin yaradılması, nəqliyyatla təmin etmə və s. hallarda baş verən cinayətdir.[2][3]

İnsan qaçaqmalçılığı termini yerinə həm Türkiyə Respublikası qanunlarında, həm də Birləşmiş Millətlər Təşkilatının Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasına (qısaca: UNTOC) əlavə olaraq hazırlanmış Dəniz, Hava və Quru Yolu ilə Miqrantların Qaçaqmalçılığına Qarşı Protokolda müntəzəm olaraq immiqrant qaçaqmalçılığı terminindən istifadə olunur. 2000-ci illərin əvvəllərindən etibarən insan qaçaqmalçılığı daha da artmış və bu gün artıq qeyri-qanuni miqrasiya dünyanın bütün ölkələrində özünə mühüm yer tutmuşdur. İnsan qaçaqmalçıları özlərinin qaçaqmalçılıq cinayətlərini qaçacaq şəxsin və ya şəxslərin razılığı ilə həyata keçirirlər. Qaçaq olmaq istəyən şəxslər üçün ən çox yayılmış səbəblərin arasında məşğulluq, yeni iqtisadi imkanlar, şəxsi/ailə vəziyyətinin yaxşılaşdırılması, həmçinin təqiblərdən və ya münaqişə vəziyyətlərindən qaçmaq kimi səbəblər daxildir.

2011-ci ildə başlamış Suriya vətəndaş müharibəsindən sonra öz ölkəsindən köçmək istəyən Suriya əhalisinin kütləvi hərəkəti nəticəsində bu coğrafiyada insan alverçilərinin sayında əhəmiyyətli artım müşahidə olunmuşdur. Aralıq dəniziEgey dənizi sahillərində miqrant qaçaqmalçılığına görə çox sayda ölümlə nəticələnən hadisələr baş vermişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının vermiş olduğu məlumatlara əsasən, 2015-ci ildə Aralıq dənizindən dəniz yolu ilə Avropaya təxminən bir milyon qaçqın gəlmiş və onlardan 2900-ə yaxınının öldüyü və ya itkin düşdüyü müəyyən edilmişdir.[4] Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) “İtkin düşən miqrantlar layihəsi”nə əsasən, 2015-ci ildə miqrasiya zamanı 3800-dən çox ölüm hadisəsi qeydə alınmışdır.[5]

İnsan alverindən fərqli olaraq, insan qaçaqmalçılığında qaçacaq şəxslər ilə qaçaqmalçı arasında çatılacaq sonuncu məntəqə barəsində razılıq və ya müqavilə mövcud olur. Bununla belə, insan qaçaqmalçılığı məsələsində qaçaqmalçılar hələ də mühacirlərə qarşı təhdid, təqib, istismar və işgəncə kimi insan hüquqları pozuntularını törədə bilərlər.[6][7]

İnsan qaçaqmalçılığı cinayətləri kontekstində həyata keçirilmiş olan əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslərin çox mürəkkəb şəbəkə sistemi daxilində işlədikləri müəyyən edilmişdir. Qaçaqmalçılıq əməliyyatları ilə bərabər qaçaqmalçılıq infrastrukturunun da getdikcə mürəkkəbləşməsi cinayəti törədənlərlə bağlı problemləri azaldır. Bundan əlavə, insan qaçaqmalçılığı cəmiyyətin üstündə əhəmiyyətli dərəcədə iqtisadi və hüquqi təsirlər yaradır. Beləliklə də, insan qaçaqmalçılığı problemlərinin həlli istiqamətində hazırlanmış olan çıxış yolları daimi olaraq müzakirə və inkişaf mərhələsində qalırlar. Qaçaqmalçılıq klassik şəkildə müəyyənləşdirilməsi çətin olan və getdikcə daha da böyüyən bir problem olmaqla bərabər, əvvəllər tapılmış həll yollarının sonradan etibarsız olduğu yüksək səviyyədə dəyişkən xarakterə malik bir problemdir.

  1. "Akdeniz'de Göçmen Trajedisi: Ölü Sayısı 700'ü Geçebilir" (türk). haberler.com. 29 may 2016. 31 may 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 may 2016.
  2. Türk Ceza Kanunu Arxivləşdirilib 2016-03-15 at the Wayback Machine, Türkiye Büyük Millet Meclisi, Tarix: 26 sentyabr 2004
  3. US Department of State Arxivləşdirilib 2011-12-29 at the Wayback Machine, state.gov, Tarix: 1 yanvar 2006
  4. Refugee/Migrants Emergency Response-Mediterranean Arxivləşdirilib 2016-03-21 at the Wayback Machine, unhcr.org
  5. Kayıp Göçmenler Projesi Arxivləşdirilib 2016-03-20 at the Wayback Machine, iom.int
  6. "Araştırma: Avrupa'ya ulaşmaya çalışan göçmenlerin çoğu tacize uğruyor". Euronews. 21 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2019.
  7. A.Gallagher ve F.David, International Law of Migrant Smuggling Arxivləşdirilib 2016-04-03 at the Wayback Machine, 2014, Pages: 9-10