İnsbruk (alm. Innsbruck) — Avstriya şəhəri. Ölkənin qərbində, İnn çayının sahilində yerləşir. Şəhərin sahəsi — 104,91 km², əhali 117.000 nəfərdir. Böyük sənaye, turizm, mədəniyyət və idman mərkəzidir.
Şəhər | |
İnsbruk | |
---|---|
Innsbruck[1] | |
47°16′06″ şm. e. 11°23′36″ ş. u.HGYO | |
Ölkə | Avstriya |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1234 |
İlk məlumat | 1180 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 574 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +43 512 |
Poçt indeksi | 6020, 6010–6040, 6080 |
Nəqliyyat kodu | I |
Digər | |
innsbruck.at | |
Vikianbarda əlaqəli mediafayllar |
1964 və 1976-cı illərdə Qış Olimpiya Oyunlarına ev sahibliyi edib.
Bizim Eradan əvvəl 15-ci ildə imperator Avqustun hakimiyyəti illərində, Dunaya qədər əraziləri fəth etmiş onun oğulluqları Tiberinin və Druzun komandanlığı altında Roma qoşunları Alp ərazisinə girdi. Tirolun əyalətinin ərazisi o zamandan Şimal-Cənub ticarət marşrutunda əhəmiyyətli tranzit regionuna çevrildi. İmperator Septimiy dövründə bizim eranın 200-cü ilində Şimal yolunda Auqsburqda Veldidena (müasir Velden) qalasının əsası qoyulmuşdur. Qərbi Roma imperiyasının süqutundan sonra Tirolun ərazisini German tayfaları zəbt etdilər. 550-ci ildə xalqların Böyük Köçü zamanı müasir Bavariyalıların əcdadları İnn çayının vadisində məskunlaşdılar və vadidəki bütün ərazilər Bavariya hersoqluğunun hakimiyyətinin altında düşdü. İrland və anqlosakson missionerləri bu ərazilərin xristianlaşdırılması üçün burada fəaliyyətə başladılar. İlk dəfə İnsbruk adı tarixi mənbələrdə 1180-ci ildə çəkilmişdir. İnsbruk şəhər kimi 1234-cü ildə tikilmişdir. 1239-cu ildə şəhər özünü idarəetmə haqları və imtiyazları aldı. 1363-cü ildə hakimiyyətə vərəsəlik hüququ əsasında hersoq Rudolf IV Qabsburq gəldi. Həmin dövrdən etibarən İnsbruk Habsburqlar sülaləsinin hakimiyyəti altında oldu. 1420-ci ildə İnsbruk Tirol vilayətinin paytaxtı olur.
1504-cü ildə o vaxtlar Avstriya hersoqu olan (sonradan Müqəddəs Roma imperiyasının imperatoru) I Maksimilianın əmrinə görə İnn çayının şərq sahilindəki Myuxlau kəndindən İnsburka silah ustaları köçürüldülər və şəhərdə böyük silah manufakturalarının əsasını qoydular. Daha sonra İnsbruk Avropanın əsas silah mərkəzlərindən biri olur. Avropada ilk dövlətə məxsus silah istehsalı müəssisəsi İnsburkda tikilir. 1508-ci ildə I Maksimilian Müqəddəs Roma imperatoru seçilir, onun hakimiyyətdə olduğu dövrdə İnsburk Avropanın vacib iqtisadi və mədəni mərkəzlərindən birinə çevrilir.