İntellektual terminal

İntellektual terminal (ing. intelligent terminal; rus. интеллектуальный терминал; türk. programlanır uçbirimi) – öz yaddaşı, prosessoru, proqramlaşdırılan avadanlıqları olan və əsas prosessordan asılı olmadan müəyyən funksiyaları yerinə yetirə bilən terminal. Fərdi kompüter terminal emulyasiyası vasitələrindən və ya kommunikasiya proqram təminatından istifadə etdikdə onu intellektual terminal hesab etmək olar. Ancaq, adətən, intellektual terminallar daxil edilən verilənləri yalnız ekrana və ya printerə yönəldə bilir.

  • İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: 2017, "Bakı" nəşriyyatı, 996 s.