İnterseks

Tək ipəksarıyanın dişi, erkək və interseks variantları, 1918-ci il
Hermafrodit qadın. Jorj Arnonun dissertasiyasından illüstrasiya, 1750-ci il.

İnterseks, interseksuallıq (lat. inter — arasında və lat. sexus — cins) — növlərin fərdlərində kişi və qadın cinsi və fiziki xüsusiyyətlərə malik olan orqanizmin qarışımını ifadə edən termin.

"İnterseks" termini XX əsrin əvvəllərində bioloq Rixard Qoldşmidt tərəfindən təqdim edilmişdir. Bu termin altında geniş mənada interseksuallıq anormal hermafroditizmlə sinonimdir, yəni normal iki ayrıcinsli orqanizmlərdə həm kişi, həm də qadın xüsusiyyətlərinin olması deməkdir. Üstəlik, bu əlamətlər bədənin eyni hissələrində görünür. Beləliklə, Qoldşmidt interseksuallıq və mozaik kinandromorfizm arasında fərq qoydu (baxmayaraq ki, başqa elm adamları bunu interseksuallıq kimi təsnif edə bilər[1]). Bu mənada interseksuallıq anormal hermafroditizmin xüsusi halıdır.

Hal-hazırda "interseks" termini interseks-əlamətləri olan bir qrup insanı təsvir etmək üçün geniş istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının broşurasına əsasən, interseksual şəxs “kişi və qadının stereotipik ikili sisteminə uyğun gəlməyən cinsi xüsusiyyətlərlə (genitaliya, cinsiyyət orqanları və xromosom nümunələri daxil olmaqla) doğulmuş şəxsdir." Broşürada həmçinin deyilir ki, “interseks təbiətdə rast gəlinən geniş spektrli anatomik variasiyaları özündə birləşdirən çətir termindir”[2].

BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı bu termini Xəstəliklərin Beynəlxalq Təsnifatının 10-cu və 11-ci reviziyalarında istifadə etmir, lakin cinsi inkişafın müxtəlif pozğunluqlarını ona daxil edir. Bəzi fəal qruplar və hüquq müdafiəçiləri bu vəziyyəti ayrı-seçkilik hesab edirlər .

Bəzi interseks insanlar öz gender kimliklərini kişi və ya qadın kimi müəyyən etmədən “interseks” kimi təyin edirlər[3].

  1. . Encyclopædia Britannica.
  2. "Fact Sheet: Intersex" (PDF). www.unfe.org (rus). «Free & Equal» Campaign. Office of the United Nations High Commissioner for Human Rights. 2017-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-10-18.
  3. . Organisation Intersex International Australia.