Kinandromorfizm

(lat. Papilio androgeus) kəpənəyinin mozaik kinandromorfu.
Turpəng kəpənəyinin (lat. Pieris rapae) bilateral kinandromorfu.

Kinandromorfizm

Kinandromorf (q.yun. γυνή — qadın + ἀνήρ, ἀνδρός — kişi + μορφή — görünüş, forma) — canlıların görünüşündə həm kişi, həm də qadın xüsusiyyətlərini birlikdə göstərən orqanizmlərdir. Orqanizmin bədəninin bir hissəsi kişidir, digər hissəsi isə qadın fərdinə bənzəyir. Sadə dillə desək, ginandromorf qismən kişi və qismən qadın məxluqdur və bu iki bədən hissəsi fiziki cəhətdən çox asanlıqla fərqlənir. Kinandromorf canlıları təbiətdə çox nadirdir. Kinandromorf xüsusiyyətlərinə kəpənəklər, güvə, xərçəng və xərçəngkimilərdə, quş növləri və bəzi digər böcək növlərin də rast gəlinir. Kinandromorfizm məməlilərdə görülmür[1].

Kinandromorfizm orqanizmin anomaliyalı inkişafıdır. Eyni bir orqanizmdə bədənin ayrı-ayrı böyük hissələrində həm erkək, həm də dişi fərdə aid genotip və əlamətlər formalaşır. Kinandromorfizm yumurtahüceyrənin yetişmə prosesində cinsiyyət xromosomlarının düzgün olmayan paylanmasının nəticəsində yaranır. Yumurtahüceyrənin yetişməsi, mayalanması və ziqotun bölünməsi proseslərinin pozulması bütövlükdə kinandromorfizmin inkişafına səbəb olur. Kinandromorflara çox nadir hallarda rast gəlinir, lakin onlar mövcuddur. Kinandromorfizm hadisəsi – cinsi dimorfizm yaxşı inkişaf etmiş növlər arasında çox aydın şəkildən görünür. Kinandromorfların müxtəlif tipləri məlumdur: lateral, ön-arxa və mozaik.

  • Lateral kinandromorfizm zamanı bədənin uzunuluğu boyunca sağ yarım hissəsi dişi cinsin, sol yarım hissəsi isə erkək cinsin əlamətlərinə malikdir. Bu, yalnız xarici əlamətləri deyil, cinsiyyət orqanlarını da əhatə edir.
  • Ön-arxa kinandromorfizm zamanı bədənin ön hissəsi erkək, arxa hissəsi isə dişi fərdin əlamətlərinə malikdir. Kinandromorfizmin bu tipində müxtəlif cinslərə aid əlamətlərin birinciyə nisbətən tam əksinə yerləşməsi də mümkündür.
  • Mozaik kinandromorfizm zamanı isə bədənin çox hissəsi bir cinsin əlamətlərini daşıyır, az bir hissəsində isə əks cinsin əlamətləri vardır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]