İntiqam Soltan

İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan; 12 aprel 1965, Nürgüt, Ordubad rayonu) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının direktoru[1].

İntiqam Soltan
Doğum adı İntiqam Soltan oğlu Həsənli
Digər adı İntiqam Həsənli
Doğum tarixi 12 aprel 1965(1965-04-12) (58 yaş)
Doğum yeri
Həyat yoldaşı Arzu Soltan
Uşağı 3
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 1988-ci ildən
Təhsili
Teatr Bakı Uşaq və Gənclər Teatrı, Mingəçevir Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2018
IMDb ID3107741

Həyatı[redaktə | mənbəni redaktə et]

İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan) 12 aprel 1965-ci ildə (rəsmi 11 may) Ordubadın Nürgüd kəndində anadan olub. İncəsənət İnstitutunun dram-kino aktyorluğu ixtisasında təhsil alıb (1986-1990). İrəvan Teatrında (1988-1995), Gənclər Teatrında (1995-2002) aktyor işləyib. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəridir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.[2]

2019-cu ildə müəllifi olduğu "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsaitin təqdimatı keçirilib.[3]

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri.[4]

Mingəçevir Dövlət Dram Teatrının direktoru[5].

Evlidir. 3 övladı var.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Doğma sahillər (film, 1989)
  2. Ömürdən uzun gecə (film, 1996)
  3. Girov (film, 2005)
  4. Əlvida, cənub şəhəri (film, 2006)
  5. Milçək (film, 2006)
  6. Cavid ömrü (film, 2007)
  7. Kəndim+nizə qayıdın!? (film, 2007)
  8. Sirat körpüsü (film, 2007)
  9. Yanmış körpülər (film, 2007)
  10. Qara bayram (2010)
  11. 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Güloğlan)
  12. Dolu (film, 2012)
  13. Həyat varsa... (serial, 2012-2014)
  14. Pərvanələrin rəqsi (serial, 2012)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edilib". 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.
  2. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.
  3. Sputnik Азербайджан. "Dünyanın xilası mədəniyyətdən keçir" (az.). Youtube.com. 23.01.2019. İstifadə tarixi: 2019-01-23.
  4. Nüşabə. Uşaq Teatrı vətənpərvərliyi təbliğ edir: [Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan ilə müsahibə] //Palitra.- 2008.- 6 may.- S. 13.
  5. "Mingəçevir Dövlət Dram Teatrına yeni direktor təyin edilib". 2022-11-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-19.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]