Nürgüt — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonuna daxil olan bir kənd.[1] Rayonun mərkəzinin şimal-qərbində, Ordubad düzündədir. [Nürgüt] bələdiyyəsinin tərkibindədir.
Nürgüt | |
---|---|
39°13′30″ şm. e. 45°53′54″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Muxtar respublika | Naxçıvan MR |
Rayon | Ordubad rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.899 m |
Saat qurşağı | |
Gilan çayının hər iki sahilində Zəngəzur silsiləsinin cənub şərq yamaclarında yerləşən və tarixən çox qədim olan kənd. Dağlıq ərazidə yerləşdiyinə görə Nürgüt ((nou qut)yeni qala ) adlanır. Tədqiqatçıların fikrinə görə kəndin adı Nouqut sözünün təhrif olunmuş variantıdır.Oykonim fars dilindəki nou (təzə, yeni) və qut "kənd, şəhər və qala" komponentlərindən düzəlib "yeni kənd" mənasındadır.Hələ qədim dövrlərdən Nürgütdə Türk tayfaları olan kəngərlilərin məskunlaşdığı məlum olmuşdur[2] Həmçinin Nürgüt sözünün digər bir mənası da "nur" işıq "qut" qutlamaq,bayram etmək mənasını veririr . Yəni Günəşin doğuşun qutlayıb bayram etmək
Əhalisi 176 nəfərdir (2009).[3] Əhalisi arıçılıq,əkinçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi ,kitabxanası ,tib məntəqəsi , kənd mərkəzi və klubu var.