İntizar (film, 1969)

Burada 1919-1920-ci illərin inqilabi hadisələrindən, gənclərin bu hadisələrdə iştirakından, ana ürəyinin kövrəkliyindən və genişliyindən bəhs olunur.

İntizar
Janr dram
Rejissor Tofiq İsmayılov
Əsərin müəllifləri Ənvər Məmmədxanlı
Ssenari müəllifi Tofiq İsmayılov
Baş rollarda Leyla Bədirbəyli — ana
Şahmar Ələkbərov — oğul
Operator İqor Boqdanov
Bəstəkar Fərəc Qarayev
Rəssam Məmməd Hüseynov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1970
Filmin növü qısametrajlı bədii film
Müddət 20 dəq.
Ölkələr SSRİ SSRİ
Dil Azərbaycan dili
İl 1970
Texniki məlumatlar 2 hissə
548 metr
35 mm

Güclü və zəngin daxili aləmə malik olan ana oğlundan ayrı düşməsinə, sonra onu itirməsinə mərdliklə dözür, özgə oğlan uşağını oğulluğa götürür. İnanır ki, bu uşaq vaxt gələcək onun oğlunu əvəz edəcək, oğluna layiq övlad olacaq. Ana həmin uşağı öz oğlu kimi cəsur, namuslu və xeyirxah bir insan kimi böyüməsinə çalışır.

Film yazıçı Ənvər Məmmədxanlının "Ananın çırağı" hekayəsi əsasında ekranlaşdırılmışdır.

Film rejissor Tofiq İsmayılovun diplom işidir.

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Əsərin müəllifi: Ənvər Məmmədxanlı
Quruluşçu rejissor: Tofiq İsmayılov
Ssenari müəllifi: Tofiq İsmayılov
Quruluşçu operator: İqor Boqdanov
Quruluşçu rəssam: Məmməd Hüseynov
Bəstəkar: Fərəc Qarayev
Mahninin ifacısı: Flora Kərimova (qeyd olunmayıb)
Səs operatoru: Akif Nuriyev
Leyla Bədirbəyli — ana
Şahmar Ələkbərov — oğul
Mehdi Rəhimov
İsmayıl Osmanlı (titrlərdə yoxdur)
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]