Ənvər Məmmədxanlı

Ənvər Qafar oğlu Məmmədxanlı (15 (28) fevral 1913, Göyçay19 dekabr 1990, Bakı) — Azərbaycan yazıçısı, nasir, kinodramaturq, ssenarist, tərcüməçi, 1938-ci ildən Azərbaycan Yazıçılar Birliyinn üzvü, "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru (1946–1964), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), Azərbaycan SSR xalq yazıçısı (1987).

Ənvər Məmmədxanlı
Ənvər Qafar oğlu Məmmədxanlı
Doğum tarixi 15 (28) fevral 1913
Doğum yeri
Vəfat tarixi 19 dekabr 1990(1990-12-19) (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti yazıçı, şair, ssenarist
Fəaliyyət illəri 1942-ci ildən
Əsərlərinin dili Azərbaycan dili
Mükafatları "Azərbaycan SSR xalq yazıçısı" fəxri adı — 1987 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963 SSRİ Dövlət mükafatı
2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Şərəf nişanı" ordeni — 1946 "Şərəf nişanı" ordeni — 1949 "Qırmızı əmək bayrağı" ordeni — 1980 "Qırmızı əmək bayrağı" ordeni — 1983 "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı

Ənvər Məmmədxanlı 1913-cü il fevralın 28-də Göyçay şəhərində doğulmuşdur. Burada ibtidai məktəbi bitirdikdən sonra Bakıda N. Nərimanov adına Sənaye texnikomunda təhsil almışdır (1926–1931). Sonra Bakıda mexaniki zavodda, energetika və elektrikləşdirmə idarəsində texnik, Azərbaycan Neft İnstitutu nəzdində olan elmi-tədqiqat institutunda texnik-elektrik işləmişdir (1931–1934). Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdır. Azərnəşrin bədii şöbəsində redaktor və tərcüməçi (1934–1936), Moskvada Ali Kinematoqrafiya İnstitutunda müdavim (1936–1938)[1], "Azərbaycanfilm" kinostudiyasında ssenari şöbəsinin rəisi (1941–1942), İkinci dünya müharibəsi dövründə cənub-qərb cəbhəsində "Qızıl Ordu" cəbhə qəzetinin Azərbaycan redaksiyasının xüsusi müxbiri olmuşdur. Sonra redaksiya ilə birlikdə Stalinqrada göndərilmişdir. 1942-ci ilin axırlarında bir qrup Azərbaycan yazıçısı ilə Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada olmuşdur. Bakıda Azərbaycan Radio Verilişləri Komitəsində redaktor kimi çalışmışdır (1943–1944). Yenidən Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilmişdir. Təbrizdə nəşr olunan "Vətən yolunda" ordu qəzeti redaksiyasıda xüsusi müxbir kimi çalışmışdır (1944–1946). Ordudan tərxis ediləndən sonra "Azərbaycanfilm" kinostudiyasının ssenari redaksiya heyətinin baş redaktoru olmuşdur (1946–1964).

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Ədəbi fəaliyyətə 1930-cu illərdən başlamışdır. Böyük Vətən müharibəsinin başlaması ilə əlaqədar olaraq Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. "Şərqin səhəri" ([bədii ədəbiyyatın]) tematikasında,növ və janrında,üslubunda,həyatı inikas formasında bir sıra yeni,əsaslı dəyişikliklər əmələ gəldi. Dinc quruculuq illərində ədəbiyyatımızın əsas qəhrəmanı olan qurucu,yaradıcı insan öz yerini Vətəni yadelli işğalçıardan müdafiə edən qəhrəman döyüşçüyə verdi. Onun müharibə illərində qələmə aldığı hekayələrdə,ümumən,o dövr publisistikamızda olduğu kimi,zamanın,günün təxirəsalınmaz tələbləri,adamlarımızın müqəddəs vəzifəsi canlı boyalarla öz əksini tapırdı.[2] Ədibin üslubunda təmkinli hekayəçiliklə,mübariz,döyüşkən,odlu publisistika vəhdət təşkil edirdi: "Qərb cəbhəsindən məktub", "Analar yollara çıxdılar", "Yeni ilin hökmü", "Silahlı dağlar", "Qanlı möhür", "Buz heykəl", "Haralısan əsgər qardaş?", "Ananın ölümü", "Ulduz" (1947), "Od içində" (1951) pyesləri və "Şirvan gözəli" (1957) lirik komediyası tamaşaya qoyulmuşdur. "Şirvan gözəli" Zaqafqaziya teatr baharında birinci dərəcəli diploma layiq görülmüşdür. 1957-ci ildə onun Akademik Dram Teatrında tamaşaya qoyulan "Şərqin səhəri" əsəri SSRİ Dövlət mükafatına layiq görülüb. Amma mükafat alanların siyahısında müəllifin adı olmayıb.

Ənvər Məmmədxanlı Avropa və rus klassik yazıçılarından tərcümələr etmişdir. Kuba (1967), Türkiyə (1968), İspaniyada (1980) Sovet nümayəndə heyəti tərkibində səfərdə olmuşdur. İki dəfə "Şərəf nişanı" (1946–1949), "Qırmızı Əmək bayrağı" (1980–1983) və "İkinci dünya müharibəsi" (ikinci dərəcəli) ordenləri, döyüş medalları ilə təltif olunmuşdur.

1990-cı il dekabrın 19-da Bakıda vəfat etmişdir. Fəxri xiyabanda dəfn olunmuşdur.

  1. Burulğan. Bakı: Azərnəşr, 1934, 119 səh.
  2. Bakı gecələri (hekayələr). Bakı: Azərnəşr, 1936, 214 səh.
  3. Ayna (kinossenari). Bakı: Uşaqgəncnəşr, 1939, 85 səh.
  4. Qərbə atəş. Bakı: Azərnəşr, 1943, 74 səh.
  5. Analar və yollar. Bakı: Azərnəşr, 1943, 126 səh.
  6. Dirilik çeşməsi. Bakı: Azərnəşr, 1944, 260 səh.
  7. 25 bahar (oçerk). Təbriz, 1945, 30 səh.
  8. And. Bakı: Azərnəşr, 1947, 319 səh.
  9. Hekayələr. Bakı: Uşaqgəncnəşr, 1954, 128 səh.
  10. Balaca Nərgiz. Bakı: Uşaqgəncnəşr, 1955, 52 səh.
  11. Hekayələr. Bakı: Azərnəşr, 1956, 185 səh.
  12. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1960, 489 səh.
  13. Seçilmiş əsərləri (iki cilddə). I cild. Bakı: Yazıçı, 1985, 232 səh.
  14. Seçilmiş əsərləri (iki cilddə). II cild. Bakı: Yazıçı, 1985, 323 səh.
  15. Qızıl qönçələr. Bakı: Gənclik, 1988, 88 səh.l
  16. Buz heykəl. Bakı: 1944

Tərcümələri

[redaktə | mənbəni redaktə et]
  1. M.Qorki. Özgə qapılarında. Bakı: Gənclik, 1981, 380 səh.
  2. M.Qorki. Uşaqlıq. Bakı: Gənclik, 1982, 240 səh.
  1. Babək (film, 1979)
  2. Bəxtiyar (film, 1942)
  3. Cazibə qüvvəsi (film, 1964)
  4. Fətəli xan (film, 1947)
  5. İntizar (film, 1969)
  6. İran Azərbaycanının paytaxtında (film, 1945)
  7. Leyli və Məcnun (film, 1961)
  8. Sovqat (film, 1942)
  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  2. Müasir azərbaycan ədəbiyyatı,I cild,s.330–331,Bakı\2007
  • Şəmsəddin Abbasov. "Sovet Azərbaycanının kinosu" //Kommunist.- 1958.- 29 avqust.
  • Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
  • Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
  • Müasir Azərbaycan ədəbiyyatı. İki cilddə, I cild, Bakı:BDU nəşri, 2007,502 s.
  • Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 874
  • Karvan dayanmadı
  • HƏYATI AĞRIYAN ƏNVƏR MƏMMƏDXANLI
  • Oralarda kimlər var: Ənvər Məmmədxanlı-100
  • Babək haqqında sonuncu roman