İnzibati proses — dövlət idarəetməsi sahəsində konkret inzibati işlərin həlli üzrə dövlət orqanlarının fəaliyyəti. İnzibati proses normalarına görə, məsələn, vətəndaşların şikayət və ərizələrinə baxılır, intizam tənbehi tətbiq edilir.[1] Bu, səlahiyyətli icra hakimiyyəti orqanlarının və onların vəzifəli şəxslərinin, habelə hakimlərin inzibati prosessual hüquq normaları ilə tənzimlənən inzibati işlərin başlanması, baxılması və həlli üzrə fəaliyyəti.[2]