Vətəndaş – dövlət-hüquqi münasibətlər mənasında deyil, vətəndaş cəmiyyəti, vətəndaş təşəbbüsü, vətəndaşların birliyi və s. kontekstində cəmiyyətin üzvü kimi başa düşülür.
Vətəndaş — müəyyən dövlətlə siyasi-hüquqi münasibətlə bağlı olan fərd. Bu bu münasibətlərə malik olmayan digər cəmiyyət üzvlərinə nisbətən müəyyən hüquqlara və vəzifələrə malik olmağa imkan verir. Öz hüquqi statusuna görə vətəndaş bu ölkənin ərazisində yaşayan digər ölkə vətəndaşlarına və ya vətəndaşlığı olmayan şəxslərdən fərqlənir.
R. Əliquliyev, T.Fətəliyev. Vətəndaş Elmi. Bakı, İnformasiya Texnologiyaları, 2018, 150 s.