İoann Paleoloq (despot)

İoann Paleoloq (q.yun. Ἱωάννης Δούκας Παλαιολόγος, translit. Ioánnis Doúkas Palaiológos; 1225, Kiçik Asiya, Akrotiri və Dekeliya1275) — NikeyaBizans sərkərdəsi, sevastokratı və despotu.

İoann Paleoloq
yun. Ἱωάννης Δούκας Παλαιολόγος
Şəxsi məlumatlar
Doğum tarixi 1225
Doğum yeri
Vəfat tarixi 1275
Fəaliyyəti zabit
Hərbi xidmət
Mənsubiyyəti Nikeya imperiyası

İoann 1225-ci ildə paleoloqlar sülaləsindən olan Andronik Komnin Paleoloq və Feodora Komnin Paleoloqun ailəsində anadan olmuşdur. O, həmçinin, Bizans imperatoru VIII Mixail Paleoloqun (hak. 1259–1282) qardaşı idi. Paleoloq 1259-cu ildə Pelaqoniya döyüşündə Nikeya ordusuna komandanlıq etmişdir. O, 1260-cı ildə Aleksey Stratiqopul ilə birlikdə Arta şəhərini ələ keçirmiş, həmin ildə despot tituluna layiq görülmüş və Saloniki şəhərinin idarəçiliyi ona verilmişdir. Paleoloq 1264-cü ildən Kiçik Asiyaya köçmüş, burada türklərə qarşı savaşmışdır. O, 1274-cü ildə Latın imperiyası tərəfindən dəstəklənən Fessaliya hakimi I İoann Dukaya qarşı edilən yürüşə başçılıq etmişdir.